Mojo.az Banner
22:41 Goranboyda iki qadın qətlə yetirilib (Yenilənib)  |     22:34 "Mango"nun qurucusunun oğlu həbs edildi - Atasını öldürübmüş  |     22:28 Avtomobilin nömrəsini itirən SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ! - Bu qədər cərimələnə bilərsiz  |     22:20 Bakı-Tbilisi qatarının qrafiki və dayanacaqları bəlli oldu  |     22:15 Sürücülərə ŞAD XƏBƏR: Əsas magistral yollardan biri təmir olundu  |     22:09 Arvadının saçını qırxıb, ona əzab verən şəxs həbs edildi  |     22:02 Mingəçevirdə tələbə qız binadan yıxıldı  |     21:55 Trampdan sonra Putin Çinə getdi  |     21:50 Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti Ağdam və Füzuli şəhərlərinə səfər edib  |     21:42 Novxanıda hotel yanır - Video  |     21:37 Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?  |     21:29 Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu  |     21:24 İlin ilk dörd ayında Gürcüstandan Azərbaycana nə qədər avtomobil idxal edilib?  |     21:17 On altı yaşlı futbolçu faciəvi şəkildə öldü  |     21:11 Yağışa görə dəyən zərər 1 milyon manatı ötəcək  |     21:03 Ucarda 46 yaşlı kişini maşın vurub öldürdü - Sürücü ərazidən qaçdı  |     20:57 Bu fakültə Şuşaya köçürülür  |     20:50 Arvadının saçını keçəl edən ərə - Hökm oxundu (FOTO)  |     20:45 "Whatsapp"-da daha bir - Yenilik  |     20:37 "Beşiktaş"dan 10 milyonluq təklif  |    
Left Banner
Right Banner

Azərbaycanın iki taekvondoçusu ilin son yarışında medal qazandı

07.12.2019 20:22 2 183
Azərbaycanın iki taekvondoçusu ilin son yarışında medal qazandı
Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-Pri turnirinin final mərhələsində üç taekvondoçumuzdan ikisi medal qazanıb.

80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beiqi Hərçəqani braziliyalı Miqel Martinsi və özbəkistanlı Nikita Rafaeloviçi məğlub edərək finala vəsiqə qazansa da, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtsova məğlub olaraq turniri gümüş medalla başa vurub.

Radik İsayev (+80 kq) isə bürünc medalla kifayətlənib.

Digər idmançımız Cavad Ağayev (-68 kq) elə ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

Xatırladaq ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarışlar Moskva şəhərinin “Dinamo” idman arenasında keçirilir. İlk pillədə yer alan idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan idmançı isə 28.8 reytinq xalı əlavə edir.скачать dle 11.3
Mojo.az Banner