Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib

28.11.2019 23:09 2 908
Azərbaycan və Yaponiya arasında siyasi məsləhətləşmələr keçirilib
21 noyabr 2019-cu il tarixində Tokio şəhərində Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Ramiz Həsənov, Yaponiya tərəfini isə Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun baş direktorunun müavini, Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndə, səfir Hideki Uyama təmsil edib.

APA Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, məsləhətləşmələr zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinə daxil olan bir-çox məsələlər ətrafında, o cümlədən Azərbaycan və Yaponiya arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsi, siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam edirilməsi və digər mövzular üzrə geniş müzakirələr aparıblar.

Yaponiya rəsmisi bildirib ki, Yaponiya Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir, bu da ölkəmizin Cənubi Qafqazda ən vacib dövlət olduğundan, Azərbaycanın regionda sabitliyin və sülhün bərqərar olunmasında mühüm rol oynadığından irəli gəlir. Həmçinin o, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

R.Həsənov öz növbəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir müavini iki ölkə arasında enerji sahəsində faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, bununla yanaşı, qeyri-enerji sektorunda yüksək potensialın mövcudluğu nəzərə alaraq, kənd təsərrüfatı, turizm, sənaye, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, təhsil, idman və əczaçılıq sahələrində əməkdaşlığın inkişafı ilə bağlı birgə səylərin fəallaşdırılmasının zəruriliyini qeyd edib.

Görüş zamanı Cənubi Qafqazda davam edən münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun sabitlik və təhlükəsizliyinə təhdid olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və münaqişənin həlli prosesinin cari vəziyyəti haqqında qarşı tərəf geniş şəkildə məlumatlandırılıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə fikir mübadiləsi aparılıb və R.Həsənov ölkəmizin suverenliyi və ərazi bütövlüyü əsasında münaqişənin həllini tələb edən BMT TŞ-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi ilə bağlı beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini vurğulanıb.

H.Uyama Dağlıq Qarabağ münaqişəsinin həllinin Qafqaz regionunda sülh və stabillik üçün çox vacib olduğunu, bununla əlaqədar ölkəsinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini bəyan edib, məsələnin tezliklə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllini arzulayıb.

Səfər zamanı nazir müavini Ramiz Həsənovun Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Şiniçi Nakatani ilə də görüşü baş tutub.

Son xəbərlər