Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur

27.11.2019 19:09 1 410
Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur
"Mərdəkanın altmərkəz kimi nəzərdə tutulması tamamilə zəruridir. Sadəcə, oranın gələcəkdə yaşayış tikintisi üçün zona kimi müəyyən edilməsi bir qədər təhlükə yaradır. Hamımız bilirik ki, Mərdəkan istirahət zonasıdır".

Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib.

Onun sözlərinə görə, Mərdəkan məhz istirahət zonası kimi qalmalıdır: "Mərdəkanın turizmin inkişafı, yaşıllıq, istirahət yeri kimi çox böyük potensialı var. Ona görə bu məsələyə bir daha baxılmasını xahiş edirik. Səsləndirdiyim fikirlər təkcə mənim yox, həm də universitetimizin bir sıra mütəxəssislərinin fikridir".

G.Məmmədova əlavə edib ki, Baş Planda ali təhsil müəssisələrinin Xocasən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur: "Şəhərin mərkəzindəki ali təhsil müəssisələrinin transport problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur. Amma bu zaman oradan metro xəttinin keçməsi də çox vacibdir".

Son xəbərlər