Mojo.az Banner
23:02 Ağıllı telefonlar dövründə qol saatı taxan insanlar bunu səbəbsiz etmir (ARAŞDIRMA)  |     22:56 Dünyanın ən xoşbəxt ölkəsi xoşbəxtliyin formulunu axtarır  |     22:51 Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video  |     22:43 Kulinariyanın yeni trendi "təbii maya" - Necə hazırlanır?  |     22:38 14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir  |     22:30 Bu ölkədə prezidentliyə 35 namizəd var  |     22:25 Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir (Video)  |     22:18 Nigeriyada terror: 10 əsgər öldü  |     22:05 Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallar  |     21:59 ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - Video  |     21:51 İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı  |     21:46 Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"  |     21:38 ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib  |     21:33 Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Talıbova verilirdi"  |     21:25 Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO  |     21:19 Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü  |     21:12 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     21:05 Burak Denizin evindən narkotik vasitə çıxdı  |     21:00 Balın təbiiliyi necə müəyyən olunur? - Video  |     20:52 Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Yenidən yoxlanacaq  |    
Left Banner
Right Banner

Elbay Qasımzadə: “Tramvayı bərpa etmək istiqamətində dövlət tərəfindən addımlar atılır”

11.01.2024 18:57 1 548
Elbay Qasımzadə: “Tramvayı bərpa etmək istiqamətində dövlət tərəfindən addımlar atılır”
“Paytaxt Bakının digər əraziyə köçürülməsi yanlış fikirdir. Paytaxtın öz funksiyaları var və bu funksiyalar daxilində şəhər öz həyatını yaşamalıdır”.

Bunu AZƏRTAC-a “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”na münasibət bildirərkən Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə deyib.

Bakıda həddən artıq yüklənmə olduğunu etiraf edən E.Qasımzadə bildirib ki, bir çox iri dövlət qurumları artıq şəhərin mərkəzi hissəsindən köçürülüb. Eyni zamanda, Heydər Əliyev prospektində böyük dövlət qurumları üçün yeni ofislərin tikintisi aparılır.

“Bu, düzgün siyasət olmaqla yanaşı, özünü tam doğruldur. Həmçinin, şəhərin mərkəzində nəqliyyatın sıxlığını bir qədər yüngülləşdirir. Amma əsas bu deyil. Paytaxtın köçürülməsi ilə birgə böyük sayda mütəxəssislərin, dövlət qulluqçularının da başqa yerə köçürülməsi düşünülməlidir. Bu mümkündürmü?” - deyə E.Qasımzadə əlavə edib.

Paytaxtın köçürülməsi ilə bağlı Qazaxıstan nümunəsindən danışan sədr bildirib ki, ölkə paytaxtının Almatıdan Astanaya köçürülməsində təkcə Almatı şəhərinin yüklənməsi problemi deyil, digər səbəblər də var idi:

“Amma nə əldə olundu? Bu gün Astana maraqlı bir memarlıq muzeyidir, amma bir şəhər olaraq canlanma yoxdur. Mütəxəssislər və dövlət qulluqçuları Astanaya məcburiyyət qarşısında köçürüldülər. Lakin Almatının əsas sakinləri köçmədilər”.

E.Qasımzadə qeyd edib ki, ali tədris müəssisələrinin də Bakıdan çıxarılması və onlar üçün kampusların tikilməsi barədə fikirlər səsləndirilir. Bu ideya Bakının Baş Planının əvvəlki redaksiyalarında da olub.

“Amma bunu həyata keçirmək o qədər də asan deyil. Çünki sözügedən tədris ocaqlarında çalışan professor, müəllim heyəti hər gün uzaq məsafə qət etməli olacaq. Bu, əslində, böyük problemdir. Odur ki, Azərbaycan paytaxtının kənara köçürülməsi yanlış fikirdir”, - deyə Elbay Qasımzadə əlavə edib.

Bakının Baş Planı təsdiq edildikdən sonra ən çox müzakirə olunan mövzulardan olan paytaxtda tramvay nəqliyyatının bərpasına da toxunan E.Qasımzadə Baş Planda qeyd olunan qərarın lehinə olduğunu açıqlayıb:

“Əslində, etiraf etməliyik ki, tramvayın olub-olmaması Bakının inkişafına o qədər də böyük təsir göstərmir. Amma bir Bakı sakini olaraq düşünürəm ki, Avropanın və dünyanın bir çox qədim şəhərlərində olduğu kimi, Bakıda da tramvay olmalıdır, tramvayı bərpa etmək vacibdir. Bilirəm ki, dövlət tərəfindən bu istiqamətdə hansısa addımlar atılır. Tramvay yaxşı nəqliyyat vasitəsidir və öz yolu ilə gedir. Ona görə də avtomobilin hərəkətinə o qədər də mənfi təsir göstərmir. Avtobuslar üçün isə xüsusi yollar salınmasına baxmayaraq, yenə də küçənin ortası ilə avtomobillərlə bərabər hərəkət edirlər. Bu, problem yaradır. Amma tramvay heç bir problem yaratmayacaq. Sakinlər üçün cəlbedici bir nəqliyyat vasitəsidir. Ona görə tramvayın bərpasının tam tərəfdarıyam”.

Paytaxtın Baş Planında yer alan yaşıllaşdırma planlarına da toxunan Azərbaycan Memarlar İttifaqının sədri Bakının yaşıllaşdırılması proqramının 1971-ci ildə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdən Azərbaycan Kommunist Partiyasının və Nazirlər Sovetinin birgə qərarı ilə planlaşdırıldığını qeyd edib. Onun sözlərinə görə, Bakıda yaşıllıqların artırılması sahəsində son 50 ildə çox böyük işlər görülüb.

“Çox təəssüf ki, bəzi yaşıllıq massivlərində ağaclar qırılıb, tikililər aparılıb. Amma Bakının yaşıllaşdırılması problemi bu gün dövlət başçısının diqqət mərkəzindədir. Son bir neçə ildə bir neçə böyük yaşıllıq sahələri yarandı. Nümunə olaraq Füzuli küçəsi boyu Mərkəzi Park, Dənizkənarı Bulvarın genişlənməsi və s. Gələcəkdə bulvarın uzunluğu 21 kilometrə qədər çatdırılacaq və Baş Planda bu, əlbəttə ki, nəzərdə tutulub. Ümumiyyətlə, Baş Planda Bakının bir sıra yenidənqurmaya məruz qalacaq ərazilərində də yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulub. Yəni Baş Plan konkret tikililərin aparılması üçün olan sənəd deyil. Baş Plan şəhərin inkişaf konsepsiyasını müəyyənləşdirən, istiqamətlərini göstərən və ən vacib problemlərin həllini təklif edən bir sənəddir. Bu plan 2040-cı ilədək olan müddətə tərtib olunub. Bu müddətə isə 16 il qalıb. Bu müddətdə ola bilər ki, hansısa yeni fikirlər, təkliflər yarana bilər. Bu o demək deyil ki, o fikirləri biz saxlamalı və yalnız 2040-cı ildən sonra tətbiq etməliyik. Biz şəhərin xeyrinə olan hər bir sağlam təklifi və fikri istifadə etməli, vaxtında yerinə yetirməliyik”, - deyə Elbay Qasımzadə vurğulayıb.
скачать dle 11.3
Mojo.az Banner