Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Sumqayıt"ın prezidenti: "Məbləği bir azdan öz aramızda danışacağıq"

22.11.2019 22:36 1 829
"Bu gün Sumqayıtın doğum günüdür, 70 illiyidir. Bu qələbəni şəhərimizə, Sumqayıtın əhalisinə həsr edirik".

Apasport.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın prezidenti Riyad Rəfiyev Azərbaycan Premyer Liqasının XII turunda "Qarabağ" üzərində qazanılan 2:1 hesablı qələbədən sonra deyib.

Qarşılaşmadan sonrakı brifinqdə jurnalistlərin suallarını cavablandıran Rəfiyev əvvəlcə oyun barədə fikirlərini bölüşüb: "Çox maraqlı oyun oldu. Birinci hissəni bir az zəif keçirdik, istədiyimizi edə bilmədik. Fasilədə Ayxan müəllim komandanı toparladı, ikinci hissəyə yaxşı hazırladı. Nəticədə ikinci hissədə meydanda daha aqressiv və qələbə qazanmaq istəyən "Sumqayıt" gördük. İstəyimizə də nail olduq".

- Qələbəyə görə, xüsusi mükafat olacaqmı?
- Əlbəttə ki, olacaq. Amma məbləği bir azdan öz aramızda danışacağıq. Məbləğin qədəri klubun öz sirridir.

- Bu gün komandadan qələbə gözləyirdinizmi?
- Bəli, gözləyirdim. Biz hər oyuna qələbə üçün çıxırıq.

- "Sabah"dan sonra "Qarabağ" üzərində də əzmkar qələbə qazandınız. Bu tempi qoruyub-saxlamaq mümkün olacaq?
- Gəlin, gələcəyə baxmayaq. Bu gün komanda yaxşı çıxış edir. Əsas odur ki, oyun var. Qalib gəmişik, sevinirik. Gələcəkdə nə olacaq, Allah Kərimdir. İnşallah, bundan da yaxşı olar.

- Qış fasiləsi yaxınlaşır. Hazırlıq planınız bəllidirmi?
- Təlim-məşq toplanışını 99 faiz Türkiyədə keçirəcəyik. Komanda artıq neçə ildir ki, Türkiyəyə gedir. Bu il də çox güman ki, belə olacaq.

- Qışda transferlər olacaqmı?
- Buna baxacağıq. Komanda hələlik yaxşı təsir bağışlayır. Amma maksimum 1 transfer ola bilər. Bugünkü komanda bizi tam qane edir. Sadəcə, oyunumuzu bir qədər oturtmaq və daha da yaxşılaşdırmaq lazımdır. Ondan sonra nəticələr daha yaxşı ola bilər.скачать dle 11.3
Mojo.az Banner