Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Keşlə"nin baş məşqçisi: "Futbolun tərs üzü ilə rastlaşdıq"

14.08.2021 23:25 1 347
"İlk oyun idi. Matça bir az gərgin başladıq. İkinci hissəni isə bizim aktivimizə yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən şanslardan yararlana bilmədik".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt" 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, hesab oyuna görə olmadı: "İkinci hissəni hücumda keçirdik, "Sumqayıt" daha çox müdafiə olundu. Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çox qol imkanından yararlanmamağımız bizi üzdü".

O, rəqibin qapalı komanda olduğunu bildiklərini söyləyib: "Uzaq məsafədən zərbələr planda var idi. Elə epizodlar oldu, vura bilmədik. Bəxt amili də var idi. Bu o demək deyil ki, belə davam edəcək. Çalışacağıq ki, məşqlərdə bunların üzərində işləyək".

Qurbanov Amil Yunanovu meydana gec buraxmasının səbəbini də açıqlayıb: "Artıq uduzurduq, müdafiəçini çıxarıb, hücumçu buraxdıq. Ona qədər oyun planında axsaqlıq yox idi. Oyuna nəzarət bizdə olsa da, sonda əlavə hücumçuya ehtiyac var idi. Amilin potensialına inanırıq. Gələcəkdə daha çox şans qazanacaq".скачать dle 11.3
Mojo.az Banner