Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əfv Komissiyasında Ramiz Mehdiyevi kim əvəzləyəcək?

22.11.2019 12:27 1 505
Əfv Komissiyasında Ramiz Mehdiyevi kim əvəzləyəcək?
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin vəzifəsindən azad olunması və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi Əfv Komissiyasının sədri postu ilə bağlı müəmmalar yaradıb. Komissiyanın sədri vəzifəsini icra edən R.Mehdiyevin yüksək postu tərk etməsindən sonra hələ də Əfv Komissiyasına rəhbərlik edib-etmədiyi məlum deyil.

Komissiyanın üzvü, hüquqşünas Əliməmməd Nuriyev “Yeni Müsvata”a açıqlamasında bildirib ki, komissiyanın üzvləri prezident tərəfindən təyin olunur və onun tərəfindən də azad edilir:

“Prezident Administrasiyasının rəhbəri Əfv Komissiyasının sədri olur. Düşünürəm ki, tezliklə bütün komissiyalarda uyğun qaydada dəyişikliklər baş verəcək. Bu, sadəcə, texniki bir məsələdir. Əfv Komissiyasının sədri barədə də müəmma tezliklə aradan qalxacaq. Prezidentin sərəncamları ilə müvafiq dəyişikliklər baş verir və verməkdə davam edəcək.

Bilirsiniz ki, Əfv Komissiyasının katibliyi işləyir. Əfv Məsələləri üzrə sektor da öz fəaliyyətini davam etdirir, daxil olan məlumatları emal etməklə məşğuldur, müvafiq arayışlar hazırlayır. Komissiyada texniki dəyişiklik çox qısa müddətdə olacaq. Bu bir qaydadır. Əfv Komissiyanın sədri postunu Prezident Administrasiyanın rəhbəri tutur. Komissiya yarandığı gündən bu günə qədər belə olub”.

Hüquqşünas komissiya sədri postunun boş olması barədə deyilənlərlə razılaşmır:

“Bu postun boş qaldığını demək olmaz. Birincisi, Əfv Komissiyasının üzvlərinin təyin edilməsi barədə prezident sərəncamı var. Bu sərəncam qüvvəsini saxlayır. Bir daha deyirəm ki, bu, texniki məsələdir, tez zamanda məsələ öz həllini tapacaq. “Başqa postun sahibi komissiya sədri ola bilərmi?” sualınıza gəlincə, deyə bilərəm ki, indiyə qədər Prezident Aparatının rəhbərinin komissiya sədri olması təcrübəsi var. Bizdə bunun nə üçün belə olmasının səbəbi mövcuddur. Bu, prezidentin hüququndan doğan bir məsələdir.

Ölkə başçısının əfv etmək hüququ var. Bunun təşkilati, texniki həllini də prezident özü müəyyənləşdirir. Bu zaman təşkilati, texniki həllə bağlı müvafiq komissiya yaradılır. Bura da prezidentin hüququnun həyata keçirilməsinin texniki, təşkilati tərəflərini həyata keçirən aparatdır.

Bu, prezident hakimiyyətinin hüququ təbiətindən doğan bir məsələdir. Xüsusilə qeyd etmək lazımdır ki, bu, müddətli bir hüquqdur. Azərbaycanda heç kəsin əfvetmə hüququ yoxdur.

Əfv etmək yalnız və yalnız prezidentin konstitusion səlahiyyətinə aid bir hüquqdur. Komissiya bütün bu prosesləri hazırlayıb təqdim edir. Prezident bunu ya təsdiq edir, ya da etmir. Müddətli hüquq olduğu üçün aparat rəhbəri komissiya sədri olur”.

Ə.Nuriyev sədr olmadan komissiyanın iclaslarının çağırılmasının mümkün olub-olmamasına da toxundu:

“Məsələnin bir qədər etik tərəfləri var. Şübhəsiz ki, müvafiq dəyişikliklər bu istiqamətdə də baş verəcək. Onsuz da komissiya öz işini həyata keçirməkdədir. Komissiya üzvlərinə gələn məktublar katibliyə yönləndirilir. Katiblik daimi işləyir. İclasların çağırılması daxil olan məlumatlarla əlaqədar müvafiq arayışların hazırlanması ilə bağlı məsələdir.

Bunlar tam başa çatandan sonra heç şübhəsiz ki, komissiya rəhbərliyinə, yəni Prezident Aparatının rəhbərliyinə təqdim olunacaq. Bu vaxta qədər mənə elə gəlir ki, texniki dəyişikliklər baş verəcək.

Bəzi şəxslər var ki, vəzifələrinə görə komissiyanın üzvü təyin olunublar. Məsələn, daxili işlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri yeni təyin olunduqları üçün komissiyanın tərkibinə daxil olundular. Həmin şəxslər vəzifələrinə görə komissiya üzvüdürlər”.

Son xəbərlər