Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dəhşətli qəzada ölən Günay və Oksananın FOTOları

19.11.2019 19:16 1 773
Azərbaycanda dəhşətli qəzada ölən Günay və Oksananın FOTOları
Bakı-Quba-Rusiya sərhədi yolunun 78-ci km-də ağır yol qəzasında ölən qadınların görüntüləri ortaya çıxıb.

Median.Az
istipress-ə istinadla xəbər verir ki, "KamAZ"markalı avtomobillə "VAZ 21014" markalı avtomaşının toqquşması nəticəsində sürücü Hümbət Savalanov və sərnişinləri-Günay Şakir qızı Savalanova, Oksana Gülağa qızı Əliyeva müxtəlif ağır xəsarət alıb. Onlar Siyəzən regional müalicə dioqnostika mərkəzinə çatdırılıblar.

Həkimlərin səyinə baxmayaraq "Jiquli"nin sürücüsünün həyat yoldaşı, 26 yaşlı Günay Şakir qızı Savalanova və Xaçmazın Yeni həyat qəsəbə sakini, Oksana Gülağa qızı Əliyevanı xilas etmək mümkün olmayıb. Sürücü Hümbət Savalanovun da vəziyyətinin olduqca kritik olduğu deyilir.

Əldə etdiyimiz məlumata görə, ağır qəzaya "KamAZ" sürücüsü Rəhim Rəhimovun diqqətsizliyi səbəb olub. Belə ki, yük maşını yolun sağındakı kərpic zavoddan magistral yola çıxaraq dəmir çəpərdən keçməklə Bakı istiqamətinə dönmək istəyib. Bu zaman Bakı istiqamətindən gələn "Jiquli" arxadan ona çırpılıb.

Qəzada həlak olan qadınlar - Günay Savalanova və Oksana Əliyeva Xaçmaz şəhərindəki gözəllik salonlarının birində işləyirlərmiş.

Qeyd edək ki, bu, noyabr ayında Quba yolunda baş verən 2-ci ağır qəzadır. Noyabr ayında Siyəzən ərazisində "Mercedes"lə "Lada Kalina"nın toqquşması nəticəsində 4 nəfər ölmüşdü. Quba yolunun Xızı ərazisində piyada ölümü də noyabr ayında qeydə alınıb.

Son xəbərlər