Mojo.az Banner
12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Futbol millimiz heç vaxt qalib gələ bilmədiyi rəqiblə Bakıda ilin son görüşünə çıxır

16.11.2019 14:20 4 014
Futbol millimiz heç vaxt qalib gələ bilmədiyi rəqiblə Bakıda ilin son görüşünə çıxır
Bu gün Avro-2020-nin seçmə mərhələsində millimiz Bakıda son görüşünə çıxacaq.

Yığmamız daha əvvəl yeddi dəfə qarşılaşdığı və heç vaxt qalib gələ bilmədiyi (cəmi bir dəfə Bakıda 1:1-lik heç-heçəyə nail olmuşuq – S.M.) Uelsi qəbul edəcək.

Bu matç həm də yığmamız üçün 2019-cu ilin Bakıda son matçı olacaq. Komandamız yer aldığı E qrupunda bir xalla sonuncudur və dörd oyunu Bakıda keçiriləcək Avro-2020-yə çıxmaq imkanından məhrumdur. Üstəlik, komandamızın qrupda sonuncu olacağı da dəqiqləşib.

Millimizin indiki rəqibini vaxtı ilə yığmamıza qarşı oynamış, hətta 2005-ci ilin oktyabrın 12-də dubl etmiş sabiq “Mançester Yunayted”in üzvü Rayan Qiqz çalışdırır. Uels səkkiz xalla qrupda dördüncü olsa da, hələ də Avro-2020 şanslarını saxlayır.

Böyük Britaniya təmsilçisi Bakıda heç-heçə etsə, digər görüşün – saat 23:45-də başlayacaq Xorvatiya – Slovakiya matçının nəticəsindən taleyi asılı olacaq. Uels Bakıda millimizə uduzsa, Avro-2020 xəyallarının üstündən xətt çəkəcək. Bu səbəbdən qalliyalılar Bakıya yalnız qələbə üçün gəlib.

8-ci km qəsəbəsində yerləşən “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq görüşün baş hakimi Almaniyanın məşhur türk hakimi Dəniz Aytəkindir. 41 yaşlı Aytəkin millimizin oyununda iş başında olmasa da, iki il əvvəl “Qarabağ”ın Madriddə “Atletiko” ilə Çempionlar Liqasındakı matçını idarə edib.

1:1 hesabı ilə başa çatan həmin görüşdə hər iki komandanın futbolçuları qırmızı vərəqə ilə meydandan qovulub. Əvvəl “Qarabağ”dan braziliyalı Pedro Enrike, daha sonra “Atletiko”dan monteneqrolu Stefan Saviç cəzalandırılıb. Həmçinin, Ağdam komandasının mərkəz müdafiəçiləri – Rəşad Sadıqovla polşalı Yakub Jezniçak sarı vərəqə alıb.

Dəniz Aytəkin artıq bir dəfə Uelsin oyununu idarə edib. Bu, ötən il Millətlər Liqası çərçivəsində keçirilən Danimarka – Uels matçında olub. Həmin görüşdə Danimarka 2:0 qalib gəlib.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner