Mojo.az Banner
21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |     20:37 Qlobal əmtəə ticarətinin dəyəri 13,7 trilyon dollara çatdı - BMT-nin statistikası  |     20:29 Tikinti şirkətinin yük maşınları məhəllədaxili yolu yararsız hala saldılar (VİDEO)  |     20:24 Bağçada uşağın qanından psixotrop maddə tapıldı - DİN və Baş Prokurorluğa müraciət edildi (YENİLƏNİB)  |     20:15 Ermənistan Xarici İşlər Nazirliyinin adı dəyişdirildi  |     20:10 Azərbaycan millisinin məşqçisi vəfat edib  |     20:02 İndiyədək itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib  |     19:57 Sabah hava necə olacaq?  |     19:51 Təbii fəlakət 1000-dən çox insanın həyatına son qoydu  |     19:44 Azərbaycanla Ermənistan arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər  |     19:36 Bakıda 37 yaşlı kişini "tok" vurub öldürdü  |     19:30 89 uşaq övladlığa verilib  |     19:22 Cinayətdə şübhəli bilinən 52 nəfər saxlanıldı  |     19:17 Azərbaycanda məktəb direktoru vəfat etdi  |     19:09 Avqustun ən bahalı məhsulu açıqlandı  |     19:04 Azərbaycanda AA seriyalı maşınlar "su qiymətinə" satışa çıxarılır  |    
Left Banner
Right Banner

Tbilisidə filmin premyerası qarşıdurmaya səbəb olub, saxlanılanlar var - YENİLƏNİB

08.11.2019 20:09 1 809
Tbilisidə filmin premyerası qarşıdurmaya səbəb olub, saxlanılanlar var - YENİLƏNİB
Tbilisidə “Amirani” kinoteatrının qarşısında iki etirazçı saxlanılıb.

Median.Az
report-a istinadən xəbər verir ki, həmin şəxslər polisin qanuni tələblərinə məhəl qoymayıblar.

Aksiyanın bir neçə iştirakçısı pirotexniki vasitələr partladıb. Nəticədə bir neçə polis əməkdaşı xəsarətlər alıb. Onlara ilkin tibbi yardım göstərilib.

Etirazçılar tamaşaçıların kinoteatra daxil olmasına imkan vermirlər. Kinoteatr qarşısında vəziyyət gərgin olaraq qalır.

Tbilisinin ticarət mərkəzlərində yerləşən kinoteatrlar və Batumi şəhərinin “Apollo” kinoteatrı yaxınlığında da etiraz aksiyaları keçirilir.

Gürcüstanın Daxili İşləri Nazirliyi etirazçıları qanunun tələblərinə riayət etməyə çağırıb.

Bu arada ABŞ-ın Gürcüstandakı səfirliyi Tbilisidəki etirazlarla bağlı ölkə vətəndaşlarına xəbərdarlıq edib. Diplomatik nümayəndəlik ABŞ vətəndaşlarını kütləvi aksiyalar olan ərazilərdən uzaq olmağı tövsiyə edib.

***

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən “Amirani” kinoteatrı yaxınlığında polis əməkdaşları və radikal millətçi qruplaşmalar arasında qarşıdurma baş verib.

Median.Az
report-a istinadən xəbər verir ki, qarşıdurmaya səbəb kinoteatrda LGBT mövzusunda çəkilən “Və sonra biz rəqs etdik” (“And Then We Danced”) filminin bir neçə saatdan sonra keçiriləcək premyerasıdır.

Ultramillətçilər kinoteatra daxil olmağa cəhd ediblər. Polis onların qarşısını alıb. Etirazçılar filmin ilk nümayişinə imkan verməyəcəklərini bildiriblər.

Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub.

Millətçilərin təmsil olunduğu “Gürcü marşı” təşkilatı və onun tərəfdarları “Amirani” kinoteatrı yaxınlığında LGBT bayrağını yandırıblar.

Gürcü rejissor Levan Akinin eynicinsli iki gəncin sevgisindən bəhs edən ekran əsəri Gürcüstan cəmiyyətində böyük narazılıq doğurub. Filmin ölkədə nümayişlərinə Gürcüstan Patriarxlığı da etiraz edib.

Səs-küylü filmin noyabrın 10-dək Tbilisi ilə yanaşı, Batumi kinoteatrlarında da nümayiş etdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, “Və sonra biz rəqs etdik” filmi Gürcüstanın “Takes Film” və İsveçin “French Quarter Film” şirkətlərinin birgə istehsalıdır. Qalmaqallı və ziddiyyətli ekran əsəri son illərin ən uğurlu gürcü filmlərindən biri hesab olunur.скачать dle 11.3
Mojo.az Banner