Xətai rayonunda piyadanı avtomobil vurub.
Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Kənd Əhmədli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Əhmədov Sənan Sumbat oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Ona aşağı ətrafın küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.