Mojo.az Banner
22:43 Alimlər ən təhlükəsiz spirti açıqladı - Amma vacib bir məqam var  |     22:37 İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vuruldu  |     22:30 Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - Video  |     22:25 Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - Video  |     22:18 Goranboyda avtomobil piyadanı vuraraq öldürüb  |     22:13 Bakıda qanlı hadisə: Qardaş qardaşı ov tüfəngi ilə öldürdü  |     22:02 "Formula-1"in qalibinə şampan şüşəsi verilmədi  |     21:56 Azərbaycanda şəkər istehsalında ciddi artım qeydə alınıb  |     21:49 Ot bağlamalarının üzərindən yıxılan 72 yaşlı kişi vəfat edib  |     21:44 Anasını öldürən Anar bu yaxınlarda imtahandan kəsilibmiş...  |     21:36 Bir gündə bu qədər silah-sursat aşkarlandı  |     21:30 Masazırda günlərdir niyə su yoxdur? - Açıqlama  |     21:22 Mayda 14 gün iş olmayacaq  |     21:17 Oğlu tərəfindən öldürülən qadın müəllim olub - FOTO  |     21:09 Bağlanmış bankların əmlakları satışa çıxarılır  |     21:01 Sabahın hava proqnozu açıqlandı  |     20:54 Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi  |     20:49 Qazaxda 18 yaşlı qız dəm qazından boğularaq öldü  |     20:40 BDU-nun professoru dünyasını dəyişdi  |     20:34 Çinin yeni "Kinetica - 2" raketinin sınaq uçuşu uğurlu oldu  |    
Left Banner
Right Banner

46 yaşlı kişidən qardaşının 12 yaşlı qız nəvəsinə qarşı İYRƏNC HƏRƏKƏT

30.10.2019 16:36 2 903
46 yaşlı kişidən qardaşının 12 yaşlı qız nəvəsinə qarşı İYRƏNC HƏRƏKƏT
Saatlı rayonunda zorlama və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən 1972-ci il təvəllüdlü Səməd Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
"publika.az”a istinadən xəbər verir ki, Səməd Məmmədov 29 mart 2018-ci il tarixdə, saat 14 radələrində qardaşı oğlu Samir Məmmədovun qızı, 2006-cı il təvəllüdlü Səidəni idarə etdiyi "VAZ 2106” markalı avtomobil ilə təhsil aldığı orta məktəbdən götürüb. O, qızı həmin kənddə yaşayan bibisi Məlahət Verdiyevanın evinə aparıb.

Əkin sahəsində təcavüz

Yolda Səməd Məmmədov Səidəni Saatlı rayonunun Qırağlı kəndində özünə məxsus çöl əkin sahəsinə aparıb. Orada onu və atası Samiri öldürməklə hədələyib.

Daha sonra qızın paltarını soyunmasını tələb edib. Hədə-qorxulardan qorxuya düşən Səidə paltarını soyunub. Onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Bundan başqa, Səməd Məmmədov 2018-ci ilin aprel ayının əvvəlində yenidən Səidəni Saatlı rayonunun Qırağlı kəndində yaşadığı evdən birlikdə çıxıblar.

Avtomobildə əxlaqsızlıq

Səməd Məmmədov qardaşı nəvəsini idarə etdiyi avtomobilə mindirib və rayonun Nərimankənd kəndində yaşayan nənəsi Maralın evinə aparıb. Yolda o, qızı və atasını öldürmək ilə hədələyib.

Daha sonra Səməd Məmmədov avtomobilin salonunda qızı əxlaqsız hərəkətlər etməyə məcbur edib. Hədə-qorxunun nəticəsində Səidə atasının əmisi ilə "oral” sekslə məşğul olub.

Fotolarını internetdə yaymaqla hədələdi

Bundan başqa, Səməd Məmmədov həmin ilin avqustunda qardaşı nəvəsi Səidəyə hədə-qorxu gəlib. O, avqustun 18-də Səidə ilə birlikdə idarə etdiyi avtomobillə bibisi qızının evinə yollanıb.

Yolda olarkən Səməd Məmmədov Səidənin seksual xarakterli fotolarını internetdə yayacağı ilə hədələyib və onu yenidən seksual xarakterli hərəkətlər etməyə məcbur edib.

İstintaq orqanı tərəfindən Səməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

11 il cəza, ciddi rejim

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səməd Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror ittiham olunan şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Səməd Məmmədov da hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. O, barəsində yüngül cəza təyin olunmasını xahiş edib.

Prokuror şikayət etdi, cəza 1 il artırıldı

Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayəti və protestinin dəlilləri araşdırılıb.

Məhkəmə prokurorun protestini təmin edib və Səməd Məmmədovun cəzasını 12 ilə qədər artırıb. Səməd Məmmədovun şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Səməd Məmmədov kasasiya şikayəti verib. Həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi də kasasiya şikayəti verib və təqsirləndirilən şəxsə daha sərt cəza verilməsini istəyib.

Hər iki tərəfin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Səməd Məmmədovun və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kasasiya şikayətləri təmin olunmayıb.

скачать dle 11.3
Mojo.az Banner