Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu xəstəliyə tutulan 3 nəfərdən 1-i ölür - Siqaretdən uzaq durmaq lazımdır

29.10.2019 20:32 1 672
Bu xəstəliyə tutulan 3 nəfərdən 1-i ölür - Siqaretdən uzaq durmaq lazımdır
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hər il oktyabrın 29-u Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd edilir. Bu təşkilatın məlumatına görə, hər il yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və bunların 7 milyonu ölümlə nəticələnir. Məhz buna görə də insultla mübarizə gününün keçirilməsi maarifləndirici tədbir kimi zəruridir.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən verilən məlumata görə, adətən bu xəstəliyə tutulanların üçdə biri ölür, qalanları isə əlilə çevrilir:

"Amma insultun qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Damarların tutulması baş verən işemik insultdan sonra insanlar salamat qalsa da, əlilə çevrilir. Əsas məsələ xəstəyə ilk 3-4 saat ərzində yardım göstərməkdir.

Çoxları insult olduqlarını bilmədikləri üçün ölürlər. İnsult simptomları çox sadədir: insult olan insan anlaqsız danışır, güləndə ağız küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.

İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlar lazım deyil. Sadəcə yuxu arteriyalarının ultrasəs müayinəsini aparmaq, təzyiqi nəzarətdə saxlamaq, normal qidalanmaq və siqaretdən uzaq durmaq lazımdır. Üç əsas şey - hipertoniya, yüksək xolesterin və bədənin artıq çəkisi risk amilini artırır".

Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə kişilərdə daha çox rast gəlinir:

"İnsult keçirənlərin sayı 55 yaşdan sonra iki dəfə artır. Lakin onu da qeyd edək ki, səhhətinə biganə qalmayan hər bir insan üçün bu xəstəlikdən qorunmaq asandır. Zərərli vərdişlərdən uzaq olan, düzgün qidalanan, sağlam həyat tərzi keçirən, siqaret və içkidən uzaq olanların insult keçirmək riski, demək olar ki, sıfıra bərabərdir. Vaxtlı-vaxtında həkim müayinələrindən keçmək də vacib şərtlərdəndir. Mütəmadi açıq havada gəzmək, orta sürətlə gündə heç olmasa yarım saat yerimək nəinki insult riskini azaldır, həmçinin insanın əmək qabiliyyətini artırır.

Mütəxəssislər belə hesab edirlər ki, yarmalar, meyvələr və balıq insult riskini 30 faiz azaldır".//milli.az

Son xəbərlər