Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....

31.01.2025 14:41 1 188
İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....
Xəbər verdiyimiz kimi, tanınmış müğənni Nazim Pişiyari (Faytonçu) xəstəxanaya yerləşdirilib. Sənətçi işemik insult keçirib və küçədə yıxılaraq qapalı kəllə-beyin travması alıb.

Azxeber.com-un əldə etdiyi məlumata görə, sənətçiyə qısa zaman bundan öncə böyrək transplantasiyası (köçürülməsi) əməliyyatı icra olunub.

Nazimin səhhəti ilə bağlı danışan yaxın dostu müğənni Ceyhun Bakinski məlumatı təsdiqləyib:

"Mən də xəbəri mətbuatdan oxumuşam. Hələ heç kəs ilə əlaqə saxlaya bilmirəm. Telefonlara heç kəs cavab vermir. O bir müddət öncə böyrək köçürmə əməliyyatı olunub".

Qeyd edək ki, müğənni ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən müğənni Pişiyari (Faytonçu) Nazim qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

30 yanvar 2025-ci il saat 23:56 radələrində 1968-ci il təvəllüdlü kişi Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib. Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub”.скачать dle 11.3
Mojo.az Banner