Bakı-Tbilisi-Bakı sürət qatarı sərnişin lokomotivi ilə yola salındı - İLK DƏFƏ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Sumqayıtda 48 yaşlı qadın dəm qazından ölüb  |     22:42 “Dedim, qoy məni elə öldü bilsinlər” - 9 ay sonra tapılan Kənan  |     22:32 "Son zəng" geyimi ilə bağlı məktəbələrə təlimat verildi  |     22:20 Hakerlər kriptovalyuta nəhəngindən 20 milyon dollar fidyə tələb etdi  |     22:13 Naxçıvanda əhalinin sayı 1 ildə 2 min 204 nəfər artıb  |     22:05 İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər  |     22:00 Saxta Twitter işçisinin Harvard süni intellekt startapının təsisçisi olduğu ortaya çıxıb  |     21:51 Bu institut xidməti maşın alır - 1-i 185 min manata  |     21:46 Pulsuz fayl çevricilər kibertəhlükə riski daşıya bilər  |     21:39 Azərbaycana ət məhsullarının gətirilməsinə qadağa qoyuldu - Bu ölkələrdən  |     21:32 Suriya Rusiyada əskinasların çapını dayandırır  |     21:27 Riyaziyyatın sərhədləri aşılır: 200 illik problem nəhayət həll olunurmu?  |     21:16 Bank kartlarından oğurlanan pullara görə istintaq təxirəsalınmadan aparılacaq  |     21:09 Bunu edən tibb işçiləri cərimələnəcək  |     20:58 Bu generallar üçün vəzifədə olma ilə bağlı yaş məhdudiyyəti ləğv edilir  |     20:50 Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?  |     20:44 Bakının bu ərazisində bulvar salınacaq - VİDEO  |     20:38 Azərbaycanın bədii gimnastika komandası Avropa Kubokunda gümüş medal qazanıb  |     20:31 Azərbaycanın FIFA referisi təyinat alıb  |     20:26 Azərbaycanda növbəti torpaq hərracları elan edilib  |    

Bakı-Tbilisi-Bakı sürət qatarı sərnişin lokomotivi ilə yola salındı - İLK DƏFƏ

Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq sərnişin lokomotivi ilə yola salınıb

Median.Az
xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumatda qeyd olunub ki, oktyabrın 24-də 38/37 saylı Bakı-Tbilisi-Bakı sürət sərnişin qatarı ilk dəfə olaraq bu cür qatarlar üçün nəzərdə tutulmuş “Prima M4” sərnişin lokomotivi ilə yola salınıb. Bu günə qədər dəmir yollarında sərnişin qatarlarının daşınmasında 70-ci illərin istehsalı olan yük lokomotivlərindən istifadə olunurdu.

Fransanın “Alstom” şirkətinin istehsalı olan “Prima M4”ün ikisistemli elektrik lokomotivi olması (sabit və dəyişən cərəyanla (3 və 25 KVT) işləyir) uzunmüddətli istismar olunmasına şərait yaradır. Lokomotivdə istifadə olunan rekuperativ əyləcləmə öz növbəsində enerji sərfiyyatını azaldır, təkər darağı yağlanması sisteminin mövcudluğu isə təkərlərin istismar müddətini uzadır.

Köhnə lokomotivlərlə müqayisədə “Prima M4”ün maksimal sürət həddi 100 km/saatdan 160 km/saata kimi artıb. Lokomotivdə 4 ədəd 1200 KVT gücündə assinxron mühərrik quraşdırılıb. “Prima M4”lər elektropnevmatik əyləcləmə sistemi ilə təchiz olunduğundan hərəkətə başlama zamanı və dayanacaqlarda əyləcləmə zamanı yumşaq əyləcləmə baş verir ki, bu da sərnişinlərin rahatlığını təmin edir. Maşinist kabinası isə isitmə və soyutma sistemi ilə təchiz olunub.

Qeyd edək ki, lokomotiv və vaqon parklarının yenilənməsi “Azərbaycan Dəmir Yolları” QSC-də gedən müasirləşdirilmə prosesinin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə də mühüm addımlar atılır.

Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom” şirkəti arasında 12 may 2014-cü il tarixdə imzalanan müqaviləyə əsasən, səhmdar cəmiyyəti Fransa şirkətinin istehsalı olan 50 ədəd dəyişən cərəyanla işləyən lokomotivin almasını planlaşdırır. Onlardan 40 ədədi yük daşınmasında, 10 ədədi isə sərnişin daşınmasında istifadə olunacaq. Artıq 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi və 8 ədəd yük lokomotivi Azərbaycana gətirilib.

Bu ilin sonuna kimi “Alstom” şirkətinin daha 8 sərnişin lokomotivi istismara qəbul ediləcək və digər sərnişin qatarlarının da daşınması bu lokomotivlərlə həyata keçiriləcək.//oxu.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 536 26.10.19 20:00