Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Tovuzda baş verən silahlı insidentin təfərrüatları məlum olub - YENİLƏNİB

25.10.2019 22:18 1 639
Tovuzda baş verən silahlı insidentin təfərrüatları məlum olub - YENİLƏNİB
Tovuz rayonunda baş verən silahlı insidentin təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun əməkdaşı, polis baş leytenantı Eşqin Qasımov bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılıb.

Məlum olub ki, Abdıyev Nəriman Mirzə oğlu ilə Qasımov Habil Əli oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Nəticədə A.Nəriman “Makarov” tipli tapanca ilə havaya iki dəfə atəş açıb.

Açılan atəş nəticəsində heç kim xəsarət almayıb.

Hadisə yerinə gələn polis əməkdaşları Abdıyev Nəriman Mirzə oğlunu müvafiq polis şöbəsinə aparıblar. Hazırda faktla bağlı araşdırma aparılır.//report.az

***

Tovuz rayonunda mübahisə bir nəfərin güllələnməsi ilə nəticələnib.

Median.Az
-ın oxu.az-ə istinadən verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb. Abdıyev Nəriman Mirzə oğlu “Makarov” tipli silahdan istifadə edərək həmkəndlisi Qasımov Habil Əli oğlunu öldürmək istəyib. Silahdan iki atəş açılıb. Biri H.Qasımova dəyməsə də, digəri onu yüngül yaralayıb.

İlkin məlumatlara görə, hadisəyə səbəb kənd qəbiristanlığında mal-qara otarılmasıdır. Belə ki, Nəriman Abdıyev Habil Qasımovdan kənd qəbiristanlığında mal-qara otarmamasını istəyib.

Nəticədə tərəflər arasında insident yaşanıb. Sonuncu mübahisə isə H.Qasımovun güllələnməsi ilə nəticələnib.

Keçirilən əməliyyatla hadisəni törədən Nəriman Abdıyev Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.

Son xəbərlər