Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əli Kərimlinin sürücüsünün istintaqa ifadəsi məlum olub

24.10.2019 19:42 1 541
Əli Kərimlinin sürücüsünün istintaqa ifadəsi məlum olub
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon Təşkilatının sədri və partiya sədri Əli Kərimlinin sürücüsü Paşa Umudov istintaqa narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2013-cü ildən AXCP-yə üzv olduğunu bildirən Paşa Umudov deyib ki, 2014-cü ildən AXCP Nizami rayon Təşkilatının sədri olub.

O bildirib ki, 2014-cü ilin sonlarından etibarən Əli Kərimlinin sürücüsü kimi çalışıb: “Təxminən 5 ildir ki, marixuana istifadəçisiyəm. 15 oktyabrda yaşadığım əraziyə yaxın bir yerdə polis əməkdaşları məni saxlayıb. Vəkilin iştirakı ilə üstümə baxış keçirilib və bununla bağlı çəkiliş aparılıb. Üstümdən 3 büküm qurudulmuş marixuana aşkarlanıb”.

İş üzrə saxlanılan Heydərov Bayram Müseyib oğlu isə bildirib ki, 2-3 ildir narkotik istifadəçisidir. O, bir neçə dəfə pul müqabilində Paşa Umudovdan narkotik aldığı deyib.

Narkotik istifadəçisi olan Quliyev Rauf Akif oğlu isə qeyd edib ki, 4-5 ay öncə Xətai rayonunda Paşa Umudov ona marixuana gətirib və onlar bunu birlikdə istifadə ediblər.

Hazırda Köhnə Günəşli qəsəbəsində yaşadığını deyən Məmmədov Mais Söhrab oğlu deyib ki, narkotik vasitəni Paşa Umudovdan alıb və istifadə edib.//apa.az

Son xəbərlər