“İvanovka” adı altında süd məhsulları istehsal edən sex bağlandı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:05 Ötən ay Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI (FOTO)  |     13:49 Tarix Əliyevin məhkəmə prosesi keçirildi  |     13:42 Makron Böyük Britaniyada daha bir qalmaqalla üzləşdi  |     13:16 Nəsimi rayonunda polis əməliyyatı: 21 kiloqram narkotik vasitə aşkarlanıb (VİDEO)  |     13:02 Ötən gündən Nərimanov rayonunda içməli su PROBLEMİ VAR  |     12:50 Azərbaycan millisi FIFA reytinqində gerilədi  |     12:34 Azərbaycan məktəblərində rus bölmələri bağlanır?  |     12:22 Gəncədə müharibə əlilləri və şəhid ailələrinə yeni mənzillər veriləcək  |     12:18 "iOS" əməliyyat sistemi üçün "WhatsApp"da YENİ FUNKSİYA  |     12:05 "OpenAI"nin öz brauzeri olacaq  |     12:03 "Real Madrid" mövsümü klub tarixinin antirekordu ilə başa vurdu  |     11:54 Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir  |     11:47 Egey dənizində güclü zəlzələ baş verib  |     11:46 Yekaterinburqda həbs edilən azərbaycanlıların şikayətləri təmin edilmədi  |     11:45 Bakıda 14 yaşlı qız itkin düşdü  |     11:42 Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər  |     11:18 4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu  |     11:12 Ağdərədə mina partladı - Xəsarət alan var  |     23:01 Ürək sağlamlığı üçün gündə nə qədər şokolad yemək lazımdır?  |     22:52 Pantomima Teatrına təyin olunan direktorun kimliyi məlum oldu  |    

“İvanovka” adı altında süd məhsulları istehsal edən sex bağlandı - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə daxil olan növbəti məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Muradov Elxan Mürşüd oğluna məxsus süd məhsulları istehsalı sexində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəyyən edilib ki, emal müəssisəsi qida təhlükəsizliyi qeydiyyatından keçməyib və avtomagistral yolun kənarında, istifadəolunma təyinatı maşın qarajı üçün nəzərdə tutulmuş birmərtəbəli daş tikilidə fəaliyyət göstərir.

Yoxlama zamanı sexdə sanitar-gigiyena və texniki normativ aktların tələblərinə əməl edilmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə edilməklə süd məhsullarının istehsalının həyata keçirildiyi aşkarlanıb.

Emal prosesində qəbul edilən xammal və yarımfabrikatların təhlükəsizlik və keyfiyyət göstəricilərinin yoxlanılmadığı müəyyən olunub. Eyni zamanda xammal və yarımfabrikatların mənşəyi ilə bağlı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlərin olmadığı da aşkarlanıb.

Müəssisədə sanitar gigiyenik tələblərə riayət olunmadığı və məhsulda kif göbələklərinin inkişafının qarşısının alınması, həmçinin saxlanma müddətinin artırılması məqsədilə istehsal prosesi zamanı texniki normativ aktların tələblərinə zidd olaraq, insanın həyat və sağlamlığına təhlükə yarada biləcək E 235 “Pimarisin-Natamisin” (Pimalak) konservantından gözəyarı şəkildə istifadə olunduğu aşkar edilib. Sexdə temperatur və rütubət rejiminin tənzimlənməsinə nəzarətin həyata keçirilmədiyi də müəyyən olunub.

Bütün bunlarla yanaşı, məhsulun markalanmasında “İvanovka” coğrafi adından istifadə etməklə istehlakçıların aldadılması və hüquqlarının pozulması faktı aşkarlanıb. Məhsulun etiketlənməsində isə istehsalçı kimi hazırda fəaliyyət göstərməyən subyektin adı və ünvanı qeyd edilib.

Emal sahəsində xammal və hazır məhsulların eyni soyuducu kamerada, mal qonşuluğu qaydalarına əməl olunmadan saxlanıldığı aşkar olunub. İnsanların həyat və sağlamlığına təhlükə yaradacağına dair əsaslı şübhələr olduğundan məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

AQTA-nın aşkarladığı mənşəyi bilinməyən süd məhsulları arasında ölkənin bir sıra market və mağazalarında satılan “İvanovka” adlı məhdul (şor) da olub.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 817 24.10.19 17:00