Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək

18.10.2019 23:54 2 229
Azərbaycan 2020-ci ildə Rusiyaya avtomobil ixrac edəcək
“Neftçala Sənaye Məhəlləsində istehsal olunan “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı 2020-ci ilə reallaşa bilər”.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu “Report”a açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, hazırda “Khazar SD” markalı minik avtomobillərinin Rusiyaya ixracı üçün sənədləşmə işləri davam etdirilir: “Yəqin ki, sənədləşmə işləri 4-5 ay ərzində tamamlanacaq".

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2015-ci il tarixli sərəncamına əsasən, yaradılmış Neftçala Sənaye Məhəlləsinin dövlət başçısının iştirakı ilə 2017-ci ilin 24 sentyabr tarixində açılışı olub. Sənaye Məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri “AzKron” MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə - 2019-cu ilin sonunadək 6 min ədəd avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobil ixracı nəzərdə tutulur.

2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalı nəzərdə tutulur. “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır. Müasir texnologiyalar əsasında qurulan “AzKron” MMC avtomobil istehsalı zavodunda "Khazar", "Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunur.скачать dle 11.3
Mojo.az Banner