Mojo.az Banner
23:02 Alimlərdən xərçənglə bağlı yeni kəşf  |     22:57 “Evdə tək” geri qayıdır? – Makoley Kalkin 37 il sonra Kevin rolunda  |     22:50 Avqustun sonuna qədər bu 4 bürcü PUL GÖZLƏYİR  |     22:45 Eyni ofisdə fərqli iş saatları: Yeni model nəyi dəyişəcək?  |     22:38 Avtomobil bazarında kredit bumu: Elektromobil və hibridlərə maraq artır  |     22:32 Z nəsli yaşamaq üçün ən yaxşı şəhərləri seçdi (SİYAHI)  |     22:25 Dünyada 2,2 milyard insanın görmə problemi var  |     22:20 Rusiyada təyyarə eniş zamanı zolaqdan çıxdı  |     22:12 "Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır" - Alparslan Bayraktar  |     22:07 Estoniya Rusiya ilə sərhdə bağlamaq istəyir  |     21:57 İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar  |     21:44 Saray qəsəbəsində zəncirvari avtomobil qəzası baş verib  |     21:43 Co Baydenin səhhəti pisləşdi  |     21:09 DİN, Baş Prokurorluq və ANAMA Xocavənddə mina partlayışı ilə bağlı məlumat yaydılar  |     20:58 Diş fırçası nə qədər müddətdən bir dəyişdirilməlidir?  |     20:26 Oman sahillərində yük gəmisinə hücum edilib  |     20:18 İnsanda primitiv düşüncəni göstərən 5 vərdiş  |     20:17 "Roma" klubu Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb  |     19:55 Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ  |     19:50 Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir?  |    
Left Banner
Right Banner

“Maşın”da finalöncəsi son gecə: Kəmalə kimi çıxaracağını açıqladı - YENİLƏNİB+FOTO

14.10.2019 23:09 2 983
“Maşın”da finalöncəsi son gecə: Kəmalə kimi çıxaracağını açıqladı - YENİLƏNİB+FOTO
“Birinizin adını açıqlamağa məcburam. Məndən inciməyin. Heç bir iştirakçı adımı çəkib demədi ki, hədəfimsən. Mənim hədəfim Lalədir”.

Median.Az
xəbər verir ki, bu sözləri Kəmalə Piriyeva “Maşın” şounun gedişatında səsləndirib.

Lalə isə cavab olaraq “Mən bilirdim ki, Kəmalə mənim adımı çəkəcək. Əslində üzüm də yoxdur səs istəməyə. Hamı dedi ki, gərək sən Kəmaləni oyundan çıxardardın, amma etmədim. Mən iki dəfə sizi qorudum, oyundan çıxartmadım. Tamaşaçılardan üzr istəyirəm, amma bir tək sizə güvənirəm, ümidim sizədir. Kəmalənin “getməsinə” səs verin”, - deyib.


***

Ölkənin ən bahalı telelayihəsi “Maşın” realiti-şousunun “Maskarad” adlı sürətinin on dördüncü gecəsinə start verilib.

Median.Az
xəbər verir ki, ATV kanalında canlı yayıma çıxan şouda dörd məşhur, yəni 3 xanım (Suna Kasımoğlu, Lalə Mustafayeva, Kəmalə Piriyeva) və bir bəy (Ramal İsrafilov) böyük finalın bir addımlığında mübarizəyə başlayıb.

Şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermənin nəticələrini açıqlayıb.

Beləliklə şounun finaldan öncəki son gecəsində şəkli iki dəfə qutuya atılan aparıcı Kəmalə Piriyeva olub.

O, tribunaya çıxaraq oyunda qalıb, dəyəri 50 min manatlıq avtomobil uğrunda mübarizəsini aparmaq üçün tamaşaçılardan ona səs göndərmələrini rica edib:

“Uşaq yaşlarımdan sizin qarşınızdayam. Hər bir televiziya tamaşaçısından dəstək gözləyirəm. Şounu final gecəsinin bir addımlığında tərk etmək istəmirəm”.

Qeyd edək ki, bu gecə son dəfə tamaçılar iştirakçının oyundakı taleyi üçün SMS göndərəcəklər. Daha sonra finala çıxan üçlük güc, dözümlülük və iradə nəticəsində avtomobil uğrunda əsl mübarizəyə başlayacaqlar.

Şounun iştirakçılarından Suna Kasımoğlu situasiyanı belə şərh edib: “Ya Kəmalə, ya da mən çıxacaqdım tribunaya. Güclü qadınla mübarizə aparmaq istərdim. Onun getməyinə səs göndərməsinlər. Kəmalə şouda qalsın” .

Aparıcı Murad Dadaşov Kəmalə Piriyevaya səslənərək hədəfini soruşub.

“14 iştirakçı mənə oyundan çıxartmaqla bağlı stress və həyacan yaşadıblar. Mən də istəyirəm ad çəkməyim və onlar da bu hissləri yaşasınlar. Özümdən və mənə gələcək səslərdən əminəm”, - deyə Kəmalə bildirib.

скачать dle 11.3
Mojo.az Banner