Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Maşın” şansını itirən Kərim: Yaxşı ki birinci mən çıxdım - VİDEO

03.10.2019 11:41 2 931
“Maşın” şansını itirən Kərim: Yaxşı ki birinci mən çıxdım - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gecə “Maşın” realiti şousunun ilk efir oyunu baş tutub. Səsvermə nəticəsində doqquz məşhur Aşıq Namiq Fərhadoğlunun şəkilini atıb. Bundan sonra o, tribunaya çıxaraq, oyunda qalması üçün tamaşaçılardan səs istəyib. Amma oyundan kimi çıxaracağını deməyib.

Oyunun növbəti dəqiqələrində müğənni Kərim Abbasov mikrofon önünə keçərək, özünü oyunda “qurban” gördüyünü və Namiqin onu çıxacağını bildirib. Abbasov tamaşaçılardan Fərhadoğlunun “getməsinə” səs göndərmələrini rica edib.

Lakin Kərimin oyunda qalmaq istəyi baş tutmayıb. Aşıq Namiq 69,41 faiz səs toplayaraq, Kərimi oyundan kənarlaşdırıb. Beləliklə, “Maşın”ın ilk efir günündə Kərim Murad Dadaşovdan “Maşın əldən getdi” sözünü eşidərək, şou ilə vidalaşıb.

Median.Az xəbər verir ki, oyundan Fərhadoğlunun əli ilə çıxan Abbasov qalmaqallı açıqlamaları ilə gündəmdədir.

O bildirib ki, oyunda iştirak edən bəzi iştirakçılar ikiüzlü və mindillidirlər.

“Oyunda bir-birinin altını qazıb, kələk gələn insanları görəndə şoka düşürəm ki, insanların neçə siması var, hansı dinə, mənsəbə qulluq edirlər? Onlardan başım çıxmır. Çalışın, bir üzünüz, bir simanız olsun. Amma çətin olsun. Mən şouda iştirakım zamanı gördüyümü gördüm. Dəhşətdir. Hələ yaxşıdır ki, birinci çıxan mən oldum. Bundan sonra hələ çox qırğınlara şahid olacağıq. Xeyirlisi mənim çıxmağımdır” .

Qeyd edək ki, realiti şouda meyxanaçı Aqşin Fateh, Ayan Babakişiyeva, aparıcı Kəmalə Piriyeva, Xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişyari, repçi Qurd, Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, Əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, Fuad Musayev, aparıcı Lalə Mustafayeva, aktyor Məcid Hüseynov iştirakını davam etdirir.//oxu.azскачать dle 11.3
Mojo.az Banner