Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtı zəhərləyən teplovozla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

08.10.2019 17:29 2 692
Paytaxtı zəhərləyən teplovozla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
Son vaxtlar havaya çirkli maddələrin və qazların buraxılması ilə bağlı faktlar çoxalıb. Belə faktlardan biri də dəmiryolunda qeydə alınır.

Biləcəridə hərəkət edən teplovoz havanı son dərəcə çox çirkləndirir. Həmin teplovoz hərəkət etdikcə havaya qatı tüstü buraxaraq ətrafda olan insanların sağlamlığına olduqca mənfi təsir göstərir.

Dəmir yolu işçilərindən öyrəndik ki, həmin teplovoz artıq istismar müddətini keçib. İndi onu təmir etsələr belə yenə də havaya atılan tüstü əvvəlki kimi təmizlənməyəcək.

Bundan başqa, öyrəndik ki, ölkəyə yeni teplovoz gətirilsə də, onlar müasir sistemlə təchiz olunduğu üçün bizim dəmir yolunda tam gücü ilə işləyə bilmir.

“Həmin teplovozlar kompüter sistemi ilə çalışır. Onlar köhnə dəmir yolu xəttində hərəkət edərkən müəyyən problemlər yaranır”.

Məsələ ilə bağlı rəsmi açıqlama almaq üçün “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, videoda göstərilmiş teplovoz İmişlidən Bakıya təmir üçün gətirilib. Teplovoz təmir olunduqdan sonra geri qaytarılacaq.

Həmçinin bildirilib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Evalution” tipli 10 ədəd yeni teplovozu hazırda tam gücü ilə çalışır.

Sonda heç bir şərh vermədən şəhərdəki biabırçı görüntünü təqdim edirik.
/Baku.ws/

Son xəbərlər