Mojo.az Banner
22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |     21:10 Toydan çıxarkən qonşusunu döydü - 2 il 3 ay azadlığı məhdudlaşdırıldı  |     21:02 Bu həftə ən şanslı olacaq BÜRCLƏR  |     20:57 Anasını yemək üstündə döydü - Məhkəmə qərar verdi  |     20:50 "Private Facility Management" və rəhbəri məhkəmə qarşısında - 3000 manatlıq cərimə  |     20:45 Bu qəzadan xəsarət almadan qurtuldular  |     20:39 Payızda oynaq ağrıları niyə artır? - Həkimdən vacib xəbərdarlıq  |     20:36 Bakıda 10 ildən çoxdur satılmayan malikanə: Qiyməti 3 milyon endirildi (FOTO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeronda əmisini öldürüb, evini yandıran şəxsin məhkəməsi başlayıb

04.10.2019 19:42 2 585
Abşeronda əmisini öldürüb, evini yandıran şəxsin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlrlər Məhkəməsinə Sumqayıt ş. sakini Məzahir Şıxməmmədovun (1996-cı il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, qətl bu il martın 8-də "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyiti tapılıb. Araşdırma zamanı məlum olub ki, yanğın zamanı dünyasını dəyişən Namiq Şıxməmmədovdur, onun sifət nahiyyəsində sınıq xəsarətləri aşkar edilib.

Hadisə yerinə və meyitə ekspertin iştirakı ilə baxış keçirilib, cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vasitəsi ilə açılıb.

Şübhəli şəxs yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 18, mənzil 38-də saxlanılaraq Abşeron RPİ-nə gətirilib.

Məzahir Şıxməmmədov cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib: “Aramızda dəfələrlə münaqişə olub, nalayiq ifadələr işlədib, üstümə bıçaq çıxardıb. Mənə qarşı etdiyi hərəkətlərin üstündən neçə dəfə keçmişəm. Amma sonuncu dəfə dözmədim, əmimə əvvəlcə 5-6 yumruq vurdum, ardınca baş nahiyəsinə şüşə qabla zərbə endirdim. İzi itirməkdən ötrü mənzili yandırdım və oradan uzaqlaşdım”.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış oktyabrın 11-ə təyin edilib.скачать dle 11.3
Mojo.az Banner