Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bic doğmaq lazım deyil!" - Vüqar Əhməd hamilə qadını təhqir etdi - VİDEO

04.10.2019 19:23 2 160
"Səni axtarıram" proqramında gərgin anlar yaşanıb.

Özündən 6 yaş kiçik gənclə vətəndaş nikahında yaşayan 30 yaşlı qadın proqrama gələrək atıldığını və bətnindəki körpəsiylə küçədə qaldığını bildirib:

"O, mənim ikinci evliliyimdir. Avqustun 7-dən məni atıb gedib. Nömrəsini də dəyişib. Amma yerini bilirəm, anasıgildədir. 4 aylıq hamiləyəm. Bundan əvvəl ikisini abort etdirmişəm. Kirayə qaldığımız evin sahibi əşyalarımla birlikdə məni küçəyə atıb. Küçələrdə qalmışam. Mən ona demişdim, əgər məni bədbəxt etsən, mən də səni efirə çıxıb biabır edəcəm. Onun ucbatından heç kim üzümə baxmır, hamı məndən üz döndərib".

Verilişdə ekspert qismində iştirak edən şair Vüqar Əhməd qadının bu sözlərinə olduqca sərt reaksiya verib və hətta təhqir etməkdən çəkinməyib:

"Onun nə vecinə? Onu tanıyan var ki, rüsvay olsun? Özünü bir az yaxşı aparardın, hisslərinə hakim olardın. İkisini abort etmisən, üçüncünü də qeyri-qanuni doğarlar? Bic doğmaq lazım deyil! Molla kəbini-zad böş söhbətdir. Əsas dövlətin qanunudur. Gənclərimiz bunlara baxın nə ibrət götürəcəklər? Atasız uşaqlar heç vaxt vətənə layiq olmurlar. Atasından bixəbər uşaqlar vətəni də sevə bilmir".

Xoşqədəm Baxşəliyeva da qadını tənbeh etsə də, V.Əhmədin bu fikirləri ilə razılaşmayıb və etirazını belə bildirib:

"Qadınları atasız uşaq dünyaya gətirməyə vadar edən kişilərə lənət olsun!"

Aparıcı bütün bunlara baxmayaraq, həmin qadına bətnindəki körpəsini dünyaya gətirməyə, atalığın müəyyən edilməsinə və alimentin kəsilməsinə kömək edəcəyinə söz verib.
/Baku.ws/

Son xəbərlər