Məktəb direktoru: “Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:56 Qazaxıstanın xarici işlər naziri saxlanıldı  |     13:26 DOST Mərkəzinin fəaliyyəti bərpa edildi  |     13:19 “PulPal”ın vəzifəli şəxsi cərimələndi  |     12:44 Polis 20,3 kq narkotik aşkarladı  |     12:34 "Şərurlu İsfəndiyar"ın cinayət işi üzrə ekspertiza yekunlaşdı  |     12:32 "Bu, Bakı-Moskva münasibətlərinin normallaşmasına töhfə verə bilər" - Zaxarova  |     12:29 Kolleclərə elektron qeydiyyata bu tarixdən start verilir  |     12:29 Bakıda marketlərdən lotereya biletləri oğurlandı  |     12:28 14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın həbs edildi  |     12:26 Rusiyada təyyarə qəzası: Ölən var  |     12:00 Məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı  |     11:59 Xızıda kanalda batan ikinci qardaşın da MEYİTİ TAPILDI  |     11:58 Bakıda avtobusda dava, sərnişin həbs edildi  |     11:58 Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı enib  |     11:57 Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb  |     11:56 Argentinada altı bala yaxın zəlzələ olub  |     11:55 Qızıl-zinət əşyalarının Azərbaycandan qanunsuz çıxarılmasının qarşısı alınıb - FOTO  |     11:49 Adı qalmaqalda hallanan 201 nömrəli məktəbdə üç müəllim işdən çıxarıldı - Video  |     11:43 Bakıda qadın bıçaqla Hüseyn Həsənovun evinə gələrək onu hədələyib - FOTO / VİDEO  |     11:38 KİV: "ABŞ rəsmiləri Zəngəzur dəhlizinin detallarını müzakirə etmək üçün Ermənistana gedəcəklər"  |    

Məktəb direktoru: “Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı"

Elina Hacıyevanın ölüm işi üzrə məhkəmə davam edib.

Median.Az
-ın APA-ya istinadən məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iş üzrə dəvət olunan şahidlər məhkəmə iclasına gəlməyib.

Prosesdə 162 saylı orta məktəbin sabiq direktoru Sevinc Abbasova ifadə verib. O bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar olub: "Direktor müavini Tünzalə Mikayılova ilə otağımda idik. Bu zaman müəllimə gəlib həyətdə bir uşağın yıxıldığını dedi. Tez çölə qaçdıq. Gördüm ki, Azərbaycan bölməsinin uşaqları Elinanı qucaqlarına götürüb məktəbin qapısına tərəf gətirirlər. Birinci elə bildim onu kimsə yıxıb. Elina isə dedi ki, özü yıxılıb”.

Direktor qeyd edib ki, tibb bacısının qapısı bağlı olduğu üçün Elinanı öz otağına aparıblar: "Elinanı otağımda divana uzatdıq. O dedi ki, üç aydır psixotrop dərmanlar atır. Çantasından da psixotrop dərmanın qutusu çıxdı”.

S. Abbasova bildirib ki, hadisə ilə bağlı valideynlərə dərhal xəbər verilib: "Həmin vaxt polislər gəlmişdi. Onlar Elinanı sorğu-sual edirdi. Xalidə Bayramova gəldi, polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan kağız çıxdı. Həm də Elinanın gündəliyi var idi, orada "ölümümə 52 gün qalıb, mənim həyatım zibil kimidir" sözləri yazılmışdı".

S. Abbasova Prokurorluqda ifadə verən gün Elinanın öldüyünü qeyd edib: “Aprelin 6-da prokurorluqda ifadə verəndə Elinanın öldüyünü eşitdim. Həmin vaxt müstəntiq soruşdu ki, özünü təqsirli bilirsən? Dedim ki, qismən təqsirli bilirəm, çünki onu incitməklərindən xəbərim olmayıb. Həm də affekt vəziyyətdə olduğum üçün "skoru"nu gec çağırmışam. Kimlərə zəng etdiyimi də xatırlamıram".

Suallara cavab verən S.Abbasova hazırda özünü təqsirli bilmədiyini qeyd edib.

Prosesdə Elina Hacıyevanın ailəsi direktor və Təhsil Nazirliyindən müştərək qaydada 8 min 500 manat dəfn xərci və mənəvi zərərə görə 100 min manat mülki iddia qaldırıb.

Proses oktyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 561 02.10.19 19:40