Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Elinanın intiharı ilə bağlı icra başçısının xanım müavini ifadə verdi - YENİLƏNİB

18.09.2019 21:30 1 515
Elinanın intiharı ilə bağlı icra başçısının xanım müavini ifadə verdi - YENİLƏNİB
Bakı Ağır Cinayətlər Məhkəməsində Elina Hacıyevanın məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, prosesdə E.Hacıyevanın anası Sevil Hüseynova ifadə verərək qızını 162 saylı məktəbə qoyandan sonra problemlər yaranmağa başladığını deyib: "Bir dəfə Elinanın boğazında kəsik izi görüb nə olduğunu soruşdum. Dedi Diana ilə zarafatlaşanda divarda mismara dəyib. Sonuncu hadisə günü isə mən məktəbə çatanda artıq Elinanı xəstəxanaya aparmışdılar. Həmin gün onu görə bilmədim, yanına buraxmadılar. Səhəri gün 1 dəqiqəlik icazə verdilər, onda da artıq Elinanın vəziyyəti kritik idi, əlini tutdum, amma heç nə hiss eləmirdi, reaksiya vermədi. Mən içəri girəndə sinif rəhbəri və sinif yoldaşının anası orada idi. Onları buraxmışdılar, amma məni yox. Xəstəxanada isə həkimlər mənə heç nə demədilər. Orada Xalidə Bayramovanı gördüm, o dedi ki, heç nəyi yoxdur, Elina yaxşıdır. Aprelin 5-də bizə demişdilər ki, aprelin 6-da Elinanı palataya köçürəcəklər. Lakin sonra xəbər gəldi ki, Elina dünyasını dəyişib".

Məhkəmədə ifadə verən E.Hacıyevanın nənəsi Solmaz Əsgərova bildirib ki, nəvəsini incitdikləri barədə dəfələrdə direktora şikayət edib, lakin heç bir tədbir görülməyib: “Sonuncu dəfə dedi ki, çıx get, bir də mənim məktəbimə gəlmə. Elinanın sənədlərini götürüb üstümə atdı”.

Daha sonra prosesdə Səbail rayon Polis İdarəsinin əməkdaşları Əsəd Umumbəyov, Pərvanə Səfərəva, Elinanın xalası Arzu Əliyeva, onun qızları Diana və Dinara Hacıyevalar, məktəbin direktor müavini Lalə Məhərrəova, sinif rəhbəri Çimnaz Mehtiyeva ifadə veriblər.

Bu gün iş üzrə 47 şahiddən 9-u dindirilib.

Proses sentyabrın 19-u saat 14:00-dək fasilə verib.

Son xəbərlər