Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

"Qızımın nömrəsini İnstagramda paylaşmışdılar" - Elinanın anasından YENİ AÇIQLAMALAR (VİDEO)

11.04.2019 20:16 4 185
İntiharı ilə ölkə ictimaiyyətini ayağa qaldıran Elinanın anası məktəbdə qızına qarşı edilən təzyiqlərdən danışıb.

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, "Səni axtarıram" proqramı ilə telefon bağlantısı yaradan Sevil xanım Elinanın Azərbaycan bölməsinin yuxarı sinif şagirdləri tərəfindən mütəmadi olaraq incidildiyini açıqlayıb:

"Azərbaycan bölməsindən hansısa oğlan Elinanın nömrəsini paylamışdı. Həmin oğlan Elinaya yazırdı. Mən ona zəng vurub məktəbə gəlib, şikayət edəcəyimlə hədələdim. Bundan sonra kimsə qızımın nömrəsini İnstagramda və yaxud da başqa yerlərdə paylaşdılar. Elinanın telefonunda bloka atdığı çox nömrələr var. Qızımı çox narahat edirdilər. Elina özü mənə heç nə demirdi, amma rəfiqəsi hər şeyi danışırdı. Hüseyn adlı oğlan Elinanı məktəbin dəhlizində vururdu. Başa düşə bilmirəm, mənim uşağımdan nə istəyirdilər?"

Ana baş verənlərlə bağlı dəfələrlə məktəb direktoruna şikayət etdiyini deyib:

"Dərs ili başlanandan Elinanın o məktəbdə problemləri başladı. Direktora bir neçə dəfə şikayət etdim. Axırda direktor mənə dedi ki, şikayətlərinizlə məni bezdirdiz. Uşağınızı mənim məktəbimdən çıxarın! Sənədləri üstümüzə atıb qovurdu".

Sevil xanım qızının heç bir psixoloji probleminin olmadığını deyir:

"Elina normal uşaq idi. Təmiz qız idi, amma onunla pis rəftar edirdilər. Heç bir psixoloji problemi yox idi. Onun problemi məktəbdə idi. Bir dəfə Elina evə gec gəldi. Soruşdum ki, hardaydın. Dedi ki, psixoloq mənimlə söhbət edirdi. Psixoloq ona demişdi ki, narkotik, internet pis şeydir, yoxsa sizi zorlayarlar".

Son xəbərlər