Mojo.az Banner
23:02 Azərbaycanda vergi borcları 4 milyardı keçib  |     22:57 ABŞ məhkəməsi Ağ Evdə bal zalının tikintisini danyandırmağa dair qərar verib  |     22:31 İspaniya klubu Zidanın oğlu ilə müqaviləni vaxtından əvvəl dayandırdı  |     22:19 Vəkil İlqar Həmidov həbs edildi  |     22:13 Ravil Tağıyev vəzifəsindən AZAD EDİLDİ  |     21:54 Heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb (Video)  |     21:52 İranda hərbçilərin olduğu ərazidə güclü PARTLAYIŞ: Ölənlər var  |     21:18 Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     21:17 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN  |     21:13 Bakı və Zəngilanda ağaclar qanunsuz kəsilib  |     21:11 Cəbrayılda iki kənddə yanğın: FHN hərəkətə keçdi  |     20:33 Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu  |     20:31 Abşeronda evdən qızıllar oğurlandı: Ustalar tutuldular  |     20:30 "Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi  |     19:15 Trampdan xəbərdarlıq: "Demokratlar seçilsə, son respublikaçı prezident mən ola bilərəm"  |     19:05 Ağdaşda 17 yaşlı qıza toy etmək istədilər: POLİS MÜDAXİLƏ ETDİ  |     18:59 Rusiya Ukraynanın neft-qaz obyektlərinə kütləvi zərbələr endirdi  |     18:35 KMBİ: İki mindən çox xarici sayta qanunsuz müdaxilə edən şəxslər tutulublar - VİDEO  |     18:30 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     17:28 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, dolu düşəcək  |    
Left Banner
Right Banner

Əməkdar artist övladlığa uşaq götürdü

01.10.2019 23:04 1 341
Əməkdar artist övladlığa uşaq götürdü
Əməkdar artist Nigar Şabanova övladlığa uşaq götürüb. Xanəndə bu barədə Space TV-də yayımlanan “Həmin vaxt” adlı verilişdə danışıb.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Nigar Şabanova ilə əlaqə yaradıb. Əməkdar artist bildirib ki, dörd aydır o, qız uşağını övladlığa götürüb:

“Mənim üçün çox məsuliyyətli və cəsarətli bir addım oldu. Uşaq anadan olan kimi, onu övladlığa götürdüm. Artıq dörd ay tamam olub. Əslində bu xəbəri heç kimlə bölüşmək istəmirdim. Sadəcə qatıldığım verilişdə etiraf etməyimi istədilər. Mən də içimdən gəldiyi üçün hər şeyi danışdım. Düşünürəm ki, bundan gözəl etiraf olmazdı. Övladlığa uşaq götürmək şəxsən mənim üçün çox çətin bir qərar idi. Bir ildir ki, bu addımı atmağı düşünüb, götür-qoy edirdim”.

Nigar Şabanova ailə qurmasa da uşaq eşqi ilə alışıb yandığını dilə gətirib:

“Subayam. Gələcəkdə ailə quracağam. Amma çox istəyirdim ki, indi qucağıma bir övlad alım. Böyüsün və məni tezliklə “mama” deyə çağırsın. Mən qız övladlarını çox sevirəm. Bilmirəm, ailə qurandan sonra qızım olacaq ya yox, amma istədim ki indi bir qız uşağım olsun və onu böyüdüm. Heç olmasa qırx yaşım olanda onun da on yaşı olsun”.

Xanəndə redaksiyamızın əməkdaşı ilə söhbətində, övladlığa götürdüyü uşağın valideynlərinin ondan imtina etdiklərini bildirib:

“Uşağın valideynləri ondan imtina ediblər. Onlarla anlaşmam oldu ki, nə zaman istəsələr, uşaqlarını gəlib görə bilərlər. Burada qadağadan söhbət gedə bilməz. Mən ananı baladan ayıra bilmərəm. İstəməsələr də, onları məcbur edə bilmərəm. İnanın ki, uşağa olan hislərimi dilə gətirə bilmirəm. Qucağımda oynadıram, mənə baxır, gülməyə başlayır. Qucağımdan yerə qoyan kimi ağlayır. Analıq necə də kövrək hisslərdən ibarətdir. Tamam fərqli hisslər yaşayıram. İndi onun ilk addımlarını gözləyirəm. Çox sevinirəm ki, ailəm mənim yanımda oldu və mənim bu addımımı dəstəklədilər. Valideynlərim də uşağı öz nəvələri kimi qəbul ediblər və onu çox sevirlər. İnanıram ki, gələcəkdə ailə həyatı qurandan sonra övladlığa götürdüyüm uşaqla bağlı heç bir problem yaşamayacağam”.

Əməkdar artist, hələ də qəlbini ovsunlayacaq namizədin olmadığını dilə gətirib:

“Əgər bir insanda uşağa qarşı məhəbbət, sevgi yoxdursa, bu cür şəxslə ailə həyatı qurmağa belə dəyməz. Çünki uşaq günahsız bir varlıqdır. Hələlik ailə qurmaq istədiyim namizəd yoxdur. İndi görək də, bundan sonrakı namizədlərim məni uşaqla qəbul edəcəklər, ya yox (gülür). Əsas odur ki, uşaqla birgə qəbul etsinlər. Çünki məni sevən, mütləq onu da sevməlidir”.

Qeyd edək ki, Əməkdar artist Nigar Şabanova övladlığa götürdüyü qız övladına Nəfsə adını verib.скачать dle 11.3
Mojo.az Banner