Mojo.az Banner
23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |     22:15 Paşinyan Rusiyaya gedir?  |     22:10 Dərmanları soyuducuda saxlayanlara ciddi XƏBƏRDARLIQ  |     22:01 Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri  |     21:56 Bakının bir hissəsində qaz olmayacaq  |     21:49 İsmayıllıda traktorun altına yıxılan kişi öldü  |     21:44 Gürcüstanda əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir  |     21:31 Alvares "Arsenal"ı rədd etdi  |     21:26 Nazirlik saxta sağlamlıq arayışı verən məşhur klinikanın lisenziyasını ləğv etdi - RƏSMİ  |     21:23 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapılıblar  |     21:16 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:11 Numan Kurtulmuş Azərbaycana gəlib  |     21:04 Özbəkistan sərhəd torpaqları müqabilində Qırğızıstana iki kənd verdi  |     20:58 Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı  |    
Left Banner
Right Banner

Tik-Tok qızları necə “zəhərləyir”?

01.10.2019 22:40 2 884
Tik-Tok qızları necə “zəhərləyir”?
Son zamanların böyük insan kütləsini özünə cəlb edən Tik-Tok sosial şəbəkəsi artıq mənfi təsirlərini göstərməyə başlayıb. Böyük əksəriyyəti azyaşlı xanımlardan ibarət olan sosial media istifadəçiləri öz bədənlərinin yarıçılpaq və çılpaq videolarını lentə alaraq insanlarla paylaşır.

Median.Az
gencaile.az-a istinadən bildirir ki, cəmiyyət, mentalitet, əxlaq baxımından xoş qarşılanmayan bu cür hallar gündən-günə artmaqdadır. Artıq Tik-Tok bəzi xanımların həyatının bir parçasına çevrilib. Yarandığı ilk gündən ziyalıların mənfi dəyərləndirdiyi bu sosial şəbəkə vasitəsi çox qorxunc hal alıb.

Psixoloq Aytən Ələkbərova bildirir ki, hazırda ailələrin dağılmasına gətirib çıxaran əsas səbəblərdən biri Tik-Tok kimi sosial şəbəkə vasitəsidir:

"Bəzi insanlar özlərini şəxsiyyət kimi təqdim edə bilmədikdə müxtəlif yollarla gündəmə gəlmək istəyirlər. Bu cür insanlar daha çox film aktrisalarının, müğənnilərin özəl həyatına maraq göstərərək onlara bənzəməyə çalışırlar.

Və onlar sosial şəbəkələrdə öz görüntülərini yayaraq "bu gün məni beş adam izlədi, sabah altı adam izləyəcək" kimi fikirlərlə cəmiyyət arasında tanındıqlarını zənn edirlər.

Bəzi qızlarımız və müəyyən yaşa dolmuş xanımlarımızda şəxsiyyət pozuntusu getdiyindən etdikləri hərəkətlərin fərqinə varmırlar. Fikrimcə, hər bir insan atdığı addımda "nə istəyirəm"i düşünməlidir. Əks təqdirdə isə ortaya heç də xoş hadisələr çıxmayacaq.

A.Ələkbərova onu da söyləyir ki, gənc qızlarımızın biri-birlərinin bəhsinə etdikləri hərəkətlər sevgi üzərində qurulacaq münasibətlərə deyil, məhz ehtiras və hisslər üzərində qurulacaq münasibətlərə gətirib çıxarır:

"Bəzi gənc qızlar Tik-Tokda bədələrinin videolarını paylaşaraq, oynayaraq özlərinə müğənni kimi diqqət çəkmək istəyirlər. Yəni müğənniləri təbliğ edirlər. Artıq həmin qızlar gözəgəlimli olduqda əks cinsin nümayəndəsi olan sosial şəbəkə istifadəçisi ilə tanış olur. Həmin vaxt da tanış olduğu şəxsin evli, subay olmasını bilmədən onlar tərəfindən aldadılırlar.

Sonda da həmin xanıma "sən normal qız olsaydın, Tik-Toka çıxıb mənim kimi 50 oğlanla yazışmazdın" deyilir. Eyni zamanda iki-üç uşaq anası yoldaşının telefonunu götürərək bu cür sahələrə maraq göstərir. Yoldaşı gördükdə də deyir ki, "mən o oğlanla danışmamışam", amma normalda oğlanla qoşa duet çəkib. Hazırda ailə münasibətləri heç də doğru getmir. Artıq bu məqamda psixi inika öz sözünü deyir".скачать dle 11.3
Mojo.az Banner