Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Batumidə müsəlmanlara qarşı ayrıseçkilik baş verib – Gürcüstan məhkəməsi

01.10.2019 12:10 3 663
Batumidə müsəlmanlara qarşı ayrıseçkilik baş verib – Gürcüstan məhkəməsi
Batumi şəhər məhkəməsi meriyanın yerlı müsəlmanlara qarşı ayrıseçkilik etməsi faktını təsdiqləyib.

“Newsgeorgia” xəbər verir ki, bununla məhkəmə müsəlman icmasının yerli icra orqanlarına qarşı vəsadətini təmin edib.

Məhkəmə şəhər rəhbərliyinin yeni məscidin tikilməsinə qoyduğu qadağanı qanunsuz hesab edib.

Hakim bildirib ki, məscidin tikiləcəyi ərazidə artıq 7 pravoslav kilsəsi mövcuddur və onların tikilməsinə heç bir qadağa qoyulmayıb. Beləliklə də, burada məscidin tikilməsinə heç bir maneə yoxdur.

Məhkəmənin qərarına əsasən, Batumi meriyası məscidin tikilməsi üçün verilən ərizəyə yenidən baxmalıdır.

Qeyd edək ki, Batumidə bircə məscid var ki, o da bütün dindarları eyni vaxtda qəbul edə bilmir. Müsəlman icmasının yeni məscidin tikilməsi üçün verdiyi ərizəni meriya rədd etmişdir: səbəb kimi həmin ərazidə tikililərin sıxlığı göstərilmişdir.

Son xəbərlər