Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Səudiyyə Ərəbistanı bu qadınların çarşab taxma məcburiyyətini ləğv edir

28.09.2019 22:37 1 675
Səudiyyə Ərəbistanı bu qadınların çarşab taxma məcburiyyətini ləğv edir
Səudiyyə Ərəbistanında ölkəyə tətil üçün gələn xarici ölkə vətəndaşı olan qadınların çarşab geyinmə məcburiyyətinin ləğv olunacağını bildirilib.

Bu barədə açıqlama verən ölkənin Turizm və Milli Miras Komissiyasının rəhbəri Ahmet El-Katib qeyd edib ki, ölkəyə gələcək qadınların başlarını bağlamaq məcburiyyəti olmasa da, onlara göstərişsiz və sadə geyinmək haqqında müəyyən xəbərdarlıqlar ediləcək.

“Bloomberg”ə açıqlama verən El-Katib ölkənin yaxın zamanlarda çox böyük reformlara səhnə olacağını, turizmin inkişafı üçün müəyyən yeniliklər tətbiq olunacağını bildirib.

El-Katib yerli qadınlar üçün də belə məcburiyyətin qaldırılmaq ehtimalı haqqında suala isə belə cavab verib: “Bu barədə heç müzakirə etməmişik. Çünki bu, bizim mədəniyyətimizin bir parçasıdır və buna görə heç kim narahat deyil”.

Son vaxtlar Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə və kişilərlə birlikdə konsert və filmlərə getməsinə icazə verilməsinə etiraz edən, sərt reaksiya göstərən insanlara da səslənən El-Katib onlara “əgər bu qərar sizin xoşunuza gəlmirsə, bu cür yerlərə getməyə bilərsiniz”, - deyə cavab verib.

Son xəbərlər