18:51 Ukrayna və Rusiya hərbçilərin meyitlərini mübadilə edib  |     18:43 İsrail "Hizbullah"ın obyektlərinə zərbə endirib  |     18:38 Gələn ildən Laçına müntəzəm uçuşlara başlanıla bilər  |     18:29 Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı qadın işçisini DÖYÜB - İDDİA (Video)  |     18:15 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     18:07 Nikahdan əvvəl tibbi müayinədən keçənlərin neçəsində talessemiya və QİÇS aşkarlanıb?  |     17:52 Azərbaycanda müəllimlərin maaşı artacaq  |     17:27 ️"ƏDV geri al" sistemi gözəllik salonları, bərbərxanalar və kosmetoloji mərkəzlərə də şamil olunacaq  |     17:22 Evlərini kirayə verənlər gələn ildən 10 faiz vergi ödəyəcəklər  |     17:20 Rüsumsuz ticarət mağazalarının yaradılması qaydası dəyişib  |     17:06 Bakıda daha dörd ünvanda avtobus zolaqlarında minib-düşmə yeri yaradılıb  |     17:05 Azərbaycanda media subyektlərinə vergi güzəştinin müddəti daha üç il uzadılır  |     17:04 Gələn il Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı və satışı ƏDV-dən azad olacaq  |     17:00 Ermənistanın əsirliyində olmuş zərərçəkmiş: "Ruletka" oynayıb kamera yoldaşımı qətlə yetirdilər"  |     16:50 Gələn il yeni nəsil şəxsiyyət vəsiqələrinin hazırlanmasına 45 milyon manat ayrılması gözlənilir  |     16:37 Sumqayıtda avtobuslarda gediş haqqı ARTIRILACAQ - Tarix açıqlandı  |     16:33 Pezeşkian yenə Azərbaycan dilində şeir dedi - Video  |     16:07 Yasamalda kişi əlibıçaqlı şəxsə iskələ ilə hücum etdi - Video  |     15:47 Arvadının sosial şəbəkə səhifəsində narkotiki təbliğ edən bloqer həbs olundu  |     15:46 Dərmanların təsiredici maddələrinin adlarının xidmətlər zərfinə daxil edilməsi qaydası təsdiqlənib  |    

Ermənilərin Kəlbəcərdən çıxardığı qızıldan hazırlanan bahalı İsveçrə saatları azərbaycanlılara SATILIR

1,3 milyon dollarlıq saatı oğurlanan azərbaycanlı ilə bağlı yayılan məlumatlardan sonra ölkəmizdə brend marka saatlarına maraq göstərənlərin heç də az olmadığı ortaya çıxıb.

Qiyməti təqminən 1-2 milyon dollar arasında dəyərləndirilən "Richard Mille” markası İsveçrə saatlarının daha çox müraciət edilən reytinq cədvəlində ilk onluğa düşür.

Onluğa düşən saat markalarından biri də “Franc Muller”dir. Zəngin təbəqədən olan insanların brend markadan olan saatlara maraq göstərməsi təəccüblü deyil. Təəccüblü olan azərbaycanlıların da daha çox müraciət etdiyi “Franc Muller” saatlarını istehsal edən kompaniyanın rəhbərinin millətcə erməni Vartan Sirmakes olmasıdır.

Vartan Sirmakes İsveçrədə 7 brend markanın 14 istehsal müəssisəsinin sahibi, “ArmSwissBank”ın prezidentidir. Ən diqqətçəkəni Sirmakes – İsveçrədəki erməni diasporunun əsas himayədarıdır. Vartan Sirmakes “Franck Muller” şirkətinin Ermənistanda da nümayəndəliyini açıb və bu ölkənin iqtisadiyyatına böyük yatırımlar edir. Onun rəhbəri olduğu kompaniyanın istehsalı olan saatı alan azərbaycanlılar isə dolayısı ilə Ermənistan iqtisadiyyatına töhfə vermiş olurlar. Hətta faktlar da bunu sübut edir.

2018-ci il aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmədə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin evindən edilən oğurluq işində ona aid olan 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung” telefon, 20 min manatlıq “Franck Muller” qızıl saatı, qaz tapançası və suvenir bıçağı götürüldüyü bildirilib.

Məsələnin ən dəhşətli tərəfi budur ki, ermənilər həmin saatın istehsalı üçün istifadə edilən qızıl hissələrini Kəlbəcərin qızıl yataqlarından çıxardıqları təbii ehtiyatlar hesabına əldə edirlər.

26 ildir işğal aldında tapdalanan Kəlbəcər rayonu ərazisində ehtiyatları 112,5 ton olan Söyüdlü (Zod), ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları mənfur düşmənlər tərəfindən istismar edilir.

Dolayısı ilə erməni Vartan Azərbaycanın təbii ehtiyatı hesabına ərsəyə gətirdiyi saatını minlərlə dollar qarşılığında elə azərbaycanlılara satır. Əldə edilən maliyyə isə erməni iqtisadiyyatına, erməni əsgərinin saxlanmasına yönəldilir. Həmin erməni isə öz torpağımızda xidmət göstərən əsgərimizə güllə tuşlayır. (Modern.az)
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 035 25.09.19 21:25