Mojo.az Banner
18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |     15:34 Altı rayon niyə hələ də susuz qalıb?  |     15:21 Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas  |     15:19 Korrupsiyanı ifşa edənlərə pul veriləcək: Bəs onları kim qoruyacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Yığmamız Millətlər Liqasında bir divizion yüksəldi

25.09.2019 13:38 3 590
Yığmamız Millətlər Liqasında bir divizion yüksəldi
UEFA Millətlər Liqasının formatı dəyişdirilib.

2020-ci ilin sentyabrın 3-dən noyabrın 17-dək keçiriləcək növbəti yarışda liqaların tərkibində dəyişikliklər edilib.

Belə ki, bundan sonra A, B və C liqalarında 16, D liqasında yeddi komanda mübarizə aparacaq. Martın 3-də Niderlandın paytaxtı Amsterdamda atılacak püşkdə Azərbaycan millisi ilk dəfə C liqasında yarışacaq.

Azərbaycanla yanaşı C liqasında bu komandalar mübarizə aparacaq: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Moldova, Qazaxıstan.

Dörd qrupa bölünəcək C liqasında millimiz qrup qalibi olacağı halda növbəti mövsüm B liqasında yarışmağa vəsiqə əldə edəcək. Əgər komandamız qrupda sonuncu yeri tutacağı halda D liqasına düşməmək üçün digər üç qrupun sonuncusu ilə pley-off matçları keçirəcək. Nəticədə, pley-off matçlarında uduzan iki komanda D liqasına düşəcək.

Qeyd edək ki, Qurban Qurbanovun başçılığı ilə yığmamız ötən il ilk dəfə təşkil olunan turnirin D liqasında mübarizə aparmış, Kosovo, Malta və Farer Adalarının mübarizə apardığı qrupda II yeri tutmuşdu.

Həmçinin, dörd oyunu Bakıda keçiriləcək Avro-2020-nin final mərhələsinin püşkatma prosesi də təsdiqlənib. Noyabrın 30-da Buxarestdə püşkatması olacaq turnirə noyabrın 19-dək keçiriləcək seçmə mərhələ vasitəsilə Azərbaycan vəsiqə qazanacağı halda (bu, real görünmür), millimiz İtaliya ilə birgə A qrupunda yer alacaq.

Vəsiqə qazanacaqları halda, Azərbaycan Ermənistanla, Kosovo həm Bosniya və Herseqovina, həm də Serbiya ilə, İspaniya Cəbəlüttariqlə, o cümlədən Ukrayna Rusiya ilə siyasi məsələlərə görə bir qrupda yer ala bilməz. A qrupunun oyunları Roma və Bakıda baş tutacaq. Roma həm də İtaliya vəsiqə qazanacağı halda, bu yığmanın iştirakı ilə açılış matçına ev sahibliyi edəcək.

UEFA-nın 2017-ci ildən başlayan və altı ölkədə – Azərbaycan, Albaniya, Gürcüstan, Şimali Makedoniya, Şimali İrlandiya və Rusiyada tətbiq olunan “Məktəblərdə futbol dərsi” layihəsi 2020-2024-cü illərdə bütün Avropanı əhatə edəcək. Bu layihə üçün 11 milyon avro ayrılıb ki, AFFA-ya bu dörd il ərzində 200 min avro ayrılacaq.

Bundan başqa, UEFA 2021-ci ildən keçiriləcək üçüncü dərəcəli klub turnirinin adını təsdiqləyib. Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı keçiriləcək turnir Konfrans Liqası adlanacaq. Turnirin qarşılaşmaları cümə axşamları Mərkəzi Avropa vaxtı ilə saat 18:45 və 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan çempionu Çempionlar Liqasında, digər üç təmsilçisi reytinqinə görə Avropa Liqası deyil, Konfrans Liqasında mübarizə aparacaq.
/oxu.az/скачать dle 11.3
Mojo.az Banner