Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

İki milyon manatlıq dərmanı ölkəyə sənədsiz gətirən dəstənin yeni anbarları aşkarlandı - FOTO/VİDEO

20.09.2019 22:37 2 064
İki milyon manatlıq dərmanı ölkəyə sənədsiz gətirən dəstənin yeni anbarları aşkarlandı - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, bir neçə gün bundan öncə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında gömrükçülər Gürcüstandan külli miqdarda, 2 milyon manat dəyərində dərman preparatlarının yük-nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını almışdı.

Həmin faktla bağlı cinayət işinin istintaqı zamanı Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin əməkdaşları birgə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə Binəqədi rayonu, Biləcəri - Baksol yolunda yerləşən anbarlara maddi məsul şəxslərin iştirakı ilə axtarış və götürmə istintaq hərəkəti həyata keçirib.

Bu zaman həmin ərazidə 4 anbarın olduğu, həmin anbarlarda Qədirov Xəqani Dilqəm oğlunun idarə etdiyi “DAF” markalı, 99RM810/60ZA811 və “DAF FTXF 105” markalı, 99RL810/99ZA811 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində aşkarlanan və eynilik təşkil edən dərman preparatları da daxil olmaqla, ümumilikdə 75 adda 4555 qutu tibbi avadanlıq və 33 adda 3508 qutu dərman preparatlarının (altı ədəd dolu yük avtomobili həcmində) anti-sanitariya şəraitində saxlanıldığı müəyyən edilib. Həmin tibbi avadanlıq və dərman preparatları normativ-texniki sənədlərin tələblərinə cavab verib-verməməsi, dövlət qeydiyyatından keçib-keçməməsi, yararlı olub-olmamasının müəyyən edilməsi üçün götürülüb.

Bundan əlavə, istintaq hərəkəti zamanı faktiki olaraq anbara daxil olan və çıxan, tibbi avadanlıq və dərman preparatlarının adlarının əks edildiyi, ciddi hesabat sənədləri olmayan, 3 ədəd “qara” mühasibatlıq kitabçaları və digər əlyazmalar aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri-istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər