Mojo.az Banner
23:00 Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...  |     22:51 Paytaxtda usta iş yerində öldü  |     22:44 Evdə ayaqyalın gəzməyin  |     22:34 Azərbaycanda 40 dərəcə istilər artıq normaya çevrilir? - Meteoroloqdan açıqlama  |     22:27 Yarım milyon manatdan artıq dələduzluqda təqsirləndirilən əcnəbiyə hökm oxundu  |     22:22 Alim Qasımov açıq ürək əməliyyatı olunan Aqil Məlikovu ziyarət etdi (FOTO)  |     22:14 Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)  |     22:09 Füzulidə geniş ərazidə yanğın başlayıb  |     22:00 Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat  |     21:51 Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır? - VİDEO  |     21:44 Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı  |     21:33 Türkiyənin ilk astronavtına general rütbəsi verildi  |     21:31 Gimnaziyanın 9-cu sinif şagirdi vəfat etdi  |     21:26 Türkiyədə tanınmış teleaparıcı həbs edildi  |     21:17 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA (Audio)  |     21:13 Gecə klubunun qarşısında QƏTL - Detallar AÇIQLANDI  |     21:05 14 yaşlı oğlan kanalda boğuldu  |     20:59 Daha bir "Wildberries" kompleksi vuruldu  |     20:53 Putin Nikolay Baskova orden verdi  |     20:48 Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı  |    
Left Banner
Right Banner

Nazirlikdən azyaşlının videomüsahibəsinə münasibət: “Dediklərinin heç biri həqiqəti əks etdirmir” - FOTO

20.09.2019 19:11 1 755
Nazirlikdən azyaşlının videomüsahibəsinə münasibət: “Dediklərinin heç biri həqiqəti əks etdirmir” - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi küçədə metal qab yığan və onun təkrar satışını həyata keçirən Fərid adlı azyaşlının yayımlanan videomüsahibəsi barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, videogörüntüdə onun valideynlərinin avtomobil qəzasında həlak olması, özünün qardaşı və bacısı ilə kirayədə tək yaşaması barədə ifadələr yer alıb:

“Məlumatla bağlı dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Azyaşlının yaşadığı ünvan müəyyənləşib və nazirliyin əməkdaşları həmin ünvanda olublar. Müəyyən olunub ki, Fəridin dediklərinin heç biri həqiqəti əks etdirmir. Onun azyaşlı olmasından istifadə edərək müsahibə götürən şəxs maraqlarına uyğun olaraq çəkiliş aparıb.

Fərid dayısı ilə birlikdə DSMF-nun Sabunçu rayon şöbəsinə dəvət edilib. Onlarla aparılan söhbət zamanı məlum olub ki, Fəridin yaşadığı ünvan kirayə deyil, özlərinə məxsusdur. Fəridin anası Vlasova Liliyadır, o sağdır. O, evi tərk edib və yaşayış yeri məlum deyil.

Fərid və digər müxtəlif yaşlarda olan yeddi uşaq dayısı Vlasov Aleksandr, xalaları Elena və Oksana Vlasovalarla birlikdə Sabunçu rayonu, Aydınbəyov küçəsi, ev 3, mənzil 17 ünvanında yaşayırlar. Dayısı Aleksandr küçələrin təmizliyi ilə məşğul olur. Rəsmi sənəddə uşağın atasının adı Rasimdir və o ölüb”.

“Həmçinin, əlavə edək ki, Fərid sağlamlıq imkanları məhdud olan uşaqlar kateqoriyasına aiddir və Nazirlik tərəfindən buna görə sosial müavinət (sağlamlıq imkanları məhdudluğa görə 150 manat və uşağa qulluğa görə 50 manat) ödənilir. Lakin ödəniş kartı anası tərəfindən götürülüb və uşağa hər hansı maddi dəstək göstərilmir.

Hazırda azyaşlı üçün nəzərdə tutulan sosial müavinət kartının dondurularaq dayısının və ya digər şəxsin qəyyumluğuna veriləcəyi təqdirdə yenidən bərpa edilməsi üzərində iş aparılır. Azyaşlının dayısına himayəsində olan uşaqların Nazirliyin sığınacağına yerləşdirilməsində köməklik göstərilməsi ilə bağlı təklif edilib”, - deyə qurumdan bildirilib.//oxu.az


скачать dle 11.3
Mojo.az Banner