Mojo.az Banner
15:01 Bakıdan Tbilisiyə dəmiryolu vasitəsilə sərnişindaşımanın bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA  |     14:58 Azərbaycan nefti bahalaşdı  |     14:31 "Qiyamət radiosu" yeni mesaj verdi  |     14:26 Çingiz Mustafayevə yüksək vəzifə verildi  |     14:19 Avtomobil bazarında gözlənilən dəyişiklik: Yaz aylarında qiymətlər artacaq?  |     14:11 Günəşdə "ölü mövsüm" başlayır  |     22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |    
Left Banner
Right Banner

81 yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı döydü - VİDEO

20.09.2019 13:47 3 740
81 yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı döydü - VİDEO
İngiltərədə 81 yaşlı Doren Cones bankomatdan pul çıxarmaq istəyərkən gənc qızın hücumuna məruz qalıb.

“Haberler”in məlumatına görə, gənc D.Conesin pullarını ələ keçirmək istəsə də, ahıl qadın onun arzusunu ürəyində qoyub.

Gənc qız bankomatdan pul çıxarmaq istəyən qadını uzun müddət izləyib, daha sonra isə əlindəki kağızı ona göstərərək, başını qatmağa çalışıb. Ancaq bu variant işə yaramayıb.

Doren hücumçunun saçından tutaraq, onu zərərsizləşdirib. Gənc qız ahıl qadının əlindən xilas olaraq, qaçmağa başlayıb.

Bir müddət sonra cinayətkar polis tərəfindən saxlanılıb.

Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub.скачать dle 11.3
Mojo.az Banner