Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hər kəs bu sinifin şagirdlərindən DANIŞIR - VİDEO - FOTO

10.09.2019 21:25 1 681
Azərbaycanda hər kəs bu sinifin şagirdlərindən DANIŞIR - VİDEO - FOTO
Qubada bir sinifdə təhsil alan şagirdlərin hamısı ali məktəbə daxil olublar.

Median.Az
ARB TV-yə istinadən xəbər verir ki, Quba Şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmaüllü məktəb liseyin 11-ci sinifini bitirən 23 şagirdin hamısı ali məktəbə qəbul olunublar.

İstedadlılar sinifinin məzunlarından ən yüksək balı Əli Əliyev yığıb. O, 628 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. Ümumilikdə isə məzunların 3-ü 600-dən, 8-i 500-dən, 6-sı isə 400-dən çox bal toplayıb.

Əli Əliyev - Tələbə: "Bu ilki qəbul imtahanlarında 628 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat-İngilis dili fakultəsinə qəbul olundum. Bundan əlavə məktəbi gümüş medalla bitirmişəm".

Səmən Məmmədli - Tələbə: "Qəbul imtahanında 507 bal yığaraq Azərbaycanın ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin kimya fakultəsinə qəbul olundum. Çoxdanki arzum idi. Keçirdiyim hissləri bütün abituriyentlərə arzulayıram".

Şagirdlərin sinif rəhbəri Şəfəq Cəfərovanın sözlərinə görə, bu nəticə əvvəlcədən gözlənilib. Çünki istedadlıların sinifinin şagirdləri Təhsil Nazirliyinin keçirdiyi imtahanda uğur qazandıqdan sonra qəbul olunub. Onlara müvafiq fənnlərlə yanaşı nitq mədəniyyəti və məntiq dərsləri keçirilib.

Şəfəq Cəfərova - Sinif rəhbəri: "Həqiqətən çox güclüdürlər. Yarışlarda öndə gedən uşaqlar olublar. Lakin, yuxarı siniflərə qalxdıqca kafi qiymət alan uşaqların burada yeri olmayıb. Sinifdən çıxıblar".

Qeyd edək ki, bu il təhsil müəssisəsinin iki 11-ci sinifini 45 şagird bitirib. Onlardan 43 ali təhsil məktəblərinə daxil olaraq tələbə adını qazanıb.

скачать dle 11.3
Mojo.az Banner