İt dişləyən uşaqdan xəbər var » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:47 Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb  |     19:39 Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır  |     19:33 Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 % artıb  |     19:26 ABŞ kəşfiyyatının rəhbərinin İsrailə səfər edəcəyi gözlənilir  |     19:14 Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb  |     19:05 Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış  |     19:04 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək  |     18:49 Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?  |     18:37 Nərimanovdakı bazarda bəzi məhsulların satışına məhdudiyyət qoyuldu  |     18:24 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:14 Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı  |     18:01 Nazir rüşvət almaqda təqsirləndirilən şəxsi işdən çıxardı  |     17:45 Zaxarovadan Rusiya hərbi attaşesini ölkədən çıxaran Britaniyaya reaksiya: “Adekvat cavab veriləcək”  |     17:37 "Sədərək Yusif"in oğlunun evindən oğurluq edənin cəzası azaldıldı  |     17:30 AQTA Zaqatalada zəhərlənmənin səbəbini açıqladı  |     17:23 Ukrayna məhkumları döyüşə göndərir  |     17:03 Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir  |     16:41 Masazırda ƏMƏLİYYAT: Saxta spirtli içki hazırlayan dəstə ələ keçdi - FOTO/VİDEO  |     16:35 Rayonlarda leysan olacaq  |     16:19 Azərbaycanda bank kartlarında problem yarandı  |    

İt dişləyən uşaqdan xəbər var

Xəbər verdiyimiz kimi, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb. Dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan azyaşlının səhhəti ilə bağlı son durumu haqda məlumat almağa çalışdıq. KTM-in Üz-Çənə Cərrahiyyəsi şöbəsinin həkimi Məhəbbət Cəfərov açıqlamasında onun nəzarətində olan azyaşlının səhhəti ilə bağlı son məlumatı açıqlayıb: "Uşaq xəstəxanaya qəbul olunan vaxtdan ona lazım olan zərdablar vurulub, sol yanağındakı qopmuş yara tikilib. Lazım olan bütün müalicə tədbirləri yerinə yetirilib. Quduzluğa qarşı azyaşlıya 3 gündən bir zərdab vurulur. Hazırda uşağın vəziyyəti yaxşıdır. Onda heç bir quduzluq əlaməti yoxdur".


"Üzdəki yaralarına görə azyaşlı həftənin sonunadək uşaq üz-çənə cərrahiyyəsi şöbəsində yatacaq. Bu həftənin sonu onun üzündəki tikişlər çıxarılacaq. Sonrakı proseslər isə onun yaşayış yeri olaraq qeydiyyatda olduğu ərazinin poliklinikasında, ya da ki, ya da 1 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdiriləcək" - deyə həkim bildirib.

Qeyd edək ki, bu həftənin sonunda azyaşlının evə buraxılması planlaşdırılır.//sputnik.Azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 452 23.04.19 22:33