Daşkəsəndən gəldi, Bakıda kirayənişini soydu » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |     20:59 Azərbaycanda elektromobillik texnologiyasının genişləndirilməsi üzrə inkişaf strategiyası hazırlanacaq  |     20:50 Daşkəsəndə ev yanıb  |    

Daşkəsəndən gəldi, Bakıda kirayənişini soydu

Daşkəsən rayonunun sakini Bakıda soyğunun qurbanı olub. Onun pullarını və maşınının açarını əlindən alıblar. Bu barədə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

Soyğunçuluq martın 8-də baş versə də, polis bu barədə yalnız hadisədən 3 gün sonra xəbər tutub. Bazar günü zərərçəkmiş Nəsimi RPİ-nin 20-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Burada 21 yaşlı Natiq Tağıyev bildirib ki, martın 8-də axşam saat 20:00-da Nəcəf bəy Vəzirov küçəsindəki kirayə mənzilinə onun Elşad, Rəşad və Elsevər adları ilə tanıdığı üç kişi daxil olub.

Onlar Tağıyevi döyərək ondan 1900 manat pul və "VAZ-2106" markalı avtomobilinin açarlarını götürüblər. Bundan dərhal sonra quldurlar hadisə yerindən uzaqlaşıblar.

Polis tezliklə şübhəli şəxsləri - Gəncə şəhər sakini Rəşad Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum edilmiş Elşad Həsənlini saxlayıb. Hazırda polis hücumda iştirak edən üçüncü şəxsi axtarır.

Qeyd edək ki, Məmmədov Gəncə ərazisində gizlənibmiş. Sözügedən şəxslərin souyğunçuluqda iştirak etdiyi təsdiqini tapıb.//sputnik.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 056 11.03.19 23:35