Türkiyənin “Haber Global” telekanalı Xocalı həqiqətlərindən danışacaq - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Türkiyənin “Haber Global” telekanalı Xocalı həqiqətlərindən danışacaq - VİDEO

Türkiyənin “Haber Global” telekanalı Xocalı soyqırımı ilə bağlı sənədli film hazırlayıb.

Filmdə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində Ermənistan hərbi birləşmələrinin törətdiyi soyqırımla bağlı məlumatlar verilir.

Sənədli filmdə Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş XX əsrin ən böyük cinayətlərindən biri olan bu faciə haqqında geniş bəhs edilib, eləcə də, faciə şahidlərinin insanlığa yönəlmiş qanlı cinayət barədə fikirlərinə yer verilib.

Filmdə qeyd edilir ki, əsir düşənlərin məruz qaldığı işgəncələr tarixin utanc siyahısını da utandıracaq növdəndir.

Qeyd olunur ki, soyqırım zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i yaşlı insan olmaqla, 613 nəfər şəhid olub, daha 478 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. 150 nəfərin taleyi hələ də naməlumdur.

Şahidlərin dilindən hazırlanan “Bir İnsanlıq Utancı, Hocalı Soykırımı” adlı sənədli film fevralın 26-da Türkiyə vaxtı ilə 12:30 və 20:30-da (Bakı vaxtı ilə 13:30 və 21:30 – red.) “Haber Global” telekanalında yayımlanacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 223 21.02.19 11:29