İstehlak bazarında məhsulların müvafiq standartlara uyğunluğuna ciddi nəzarət olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |     20:17 Şənbə günü 32 dərəcə isti olacaq  |     20:06 Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin şikayətini təmin etməyib  |     19:57 Yasamalda 16 yaşlı yaşlı qızı avtomobil vurub  |     19:47 Paşinyan: “Biz yaxın onilliklər ərzində Ermənistanın mövcudluğu məsələsini həll edirik”  |     19:35 Çin XİN: NATO Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır  |     19:09 “Qəbələ” azarkeşlərini düşündürən məsələyə klub rəsmilərindən CAVAB  |     18:58 Ukrayna daha 140 hərbçisinin meyitini geri qaytarıb  |     18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |    

İstehlak bazarında məhsulların müvafiq standartlara uyğunluğuna ciddi nəzarət olunur

Muxtar respublikada istehsal olunan məhsul və xidmətlərin keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini daha da yüksəltmək üçün standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrinin müasir tələblərə uyğunlaşdırılması qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində 2018-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclasında danışılıb.

İclasda hesabat məruzəsi ilə çıxış edən agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası xüsusilə diqqətdə saxlanılıb və ardıcıl tədbirlər həyata keçirilib.

Diqqətə çatdırılıb ki, muxtar respublikada uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi, alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılmasına diqqətin artırılması üzrə 102 məktəbin bufetində, 11 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 18 məktəbəqədər tərbiyə müəssisəsində monitorinqlər aparılıb, aşkarlanmış nöqsanlar aradan qaldırılıb. Həmçinin məktəbli və tələbə geyim formaları istehsal edən 4 təsərrüfat subyektində istifadə olunan parçaların 5 halda keyfiyyət göstəriciləri yoxlanılıb və nəticələrin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.

“Muxtar respublikada əhalinin hepatit virus infeksiyalarından qorunması işinə nəzarət üzrə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə birgə 302 təsərrüfat subyektində 1271 işçinin tibbi müayinələri ilə bağlı monitorinqlər aparılıb”, - deyən Bəxtiyar İsmayılov vurğulayıb ki, istehsal olunan məhsulların ixrac ediləcək ölkələrə uyğun markalanması, beynəlxalq idarəetmə standartlarının tətbiqi, təsərrüfat subyektlərinə məxsus əmtəə nişanlarının məhsul ixrac olunacaq ölkələrdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı vasitəsilə beynəlxalq mühafizəsi üçün tədbirlər görülüb.

Qeyd olunub ki, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə aidiyyəti orqanların nümayəndələri ilə birlikdə elektrik və qaz cihazlarının satışını həyata keçirən 102 təsərrüfat subyektində müşahidə xarakterli monitorinqlər aparılıb. İdxal olunan 5372 ədəd məişət qaz cihazına baxış keçirilib, təhlükəsizliyi təmin olunmayan 440 ədəd məişət qaz cihazının idxalına və satışına icazə verilməyib.

İclasda vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində Şahbuz şəhərində, Babək qəsəbəsində, Ordubad rayonunun Gilançay, Culfa rayonunun Kırna və Kəngərli rayonunun Yurdçu kəndlərində mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı AMEA Naxçıvan Bölməsinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birlikdə ailə təsərrüfatları üçün seminarlar keçirilib, maarifləndirici bukletlər paylanılıb. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların markalanmasına kömək məqsədilə 7926 rəngli etiket hazırlanıb və təsərrüfatlara çatdırılması təmin edilib. 2018-ci ildə keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalında keyfiyyətə nəzarət üçün aidiyyəti orqanla birlikdə 445 halda məhsullardan nümunələr götürülərək laboratoriyaya təqdim olunub, nəticələrin standartların tələblərinə uyğun olduğu müəyyən edilib.

Bildirilib ki, istehsal və idxal olunan məhsulların keyfiyyətinə nəzarət işi xüsusilə diqqətdə saxlanılıb və ötən il məhsulların 1532 halda, o cümlədən qida məhsullarının 1428 halda keyfiyyət göstəricilərinin yoxlanılması təmin edilib. Ümumilikdə, 2018-ci ildə istehlak bazarında məhsulların keyfiyyətinə və müvafiq standartlara uyğunluğuna nəzarətin davam etdirilməsi barədə verilmiş tapşırıqların icrası istiqamətində standartların tələblərinə uyğun olmayan 29811 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsul satışdan çıxarılıb.

Sonra agentliyin müvafiq şöbələrinin hesabatları dinlənilib, qarşıya qoyulmuş vəzifələr müzakirə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 070 10.01.19 13:51