Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 12-də rayon ərazisindəki evdən 850 manat oğurlayan Bakı şəhər sakini Xəyyam Novruzov saxlanılıb.
Bundan başqa, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisindəki 5 evdən su sayğacları oğurlayan Bakı şəhər sakini Qafar Əliyev saxlanılıb.
Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən dekabrın 13-də rayon ərazisindəki evldən 250 manat dəyərində qızıl sırğa, elektrik təmir alətləri və geyim əşyaları oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş Elxan Qasımov saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.