Bakıda bu yolda hər kəs qayda pozur - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:08 Rusiya qoşunları daha iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     15:48 Erməni kilsəsi - daşnakların bütün bəlalarının mənbəyi - VİDEO  |     15:40 Peskov Putin və Paşinyanın görüşündən danışdı  |     15:28 ABŞ Çinə ChatGPT-yə girişə məhdudiyyət qoyur  |     15:22 Azərbaycan bəzi ölkələrdən quş ətinin idxalını bərpa edir  |     15:06 Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub  |     14:54 Ali Məhkəmədə sabiq general Mövlam Şıxəliyevin cinayət işi üzrə qərar qəbul olunub  |     14:41 Üç ildir axtarışda olan qadın həbs edildi  |     14:31 Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”  |     14:19 Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşüb - FOTO  |     14:08 Bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq  |     13:52 Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər  |     13:40 Bu hallarda kirayəyə ev verənləri cəza gözləyir - AÇIQLAMA (VİDEO)  |     13:20 Səs yazısı yayılan bağça müdiri ilə bağlı rəsmi açıqlama  |     13:17 Pensiya alanların NƏZƏRİNƏ: Ödənişlər edildi  |     13:15 Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb - YENİLƏNİB  |     13:14 Ögey atasını öldürmüş şəxsə cəza verilmədi - FOTO  |     13:10 Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi  |     13:09 Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub  |     13:07 Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub  |    

Bakıda bu yolda hər kəs qayda pozur - VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yolun bir zolağı parkinq məqsədilə zəbt edilib. Söhbət Yusif Vəzir Çəmənzəminli və Xan Şuşinski küçələrinin kəsişməsindən gedir. Burda yolun sağ zolağında avtomobillər park edildiyindən sürücülər dönmək üçün məcbur olaraq qayda pozurlar.

Sağa dönmək istəyən sürücülər ikinci zolaqla hərəkət etməyə məcbur olurlar. Səbəb birinci zolağı parklanan avtomobillərin zəbt etməsidir.

Yol kənarında park edilən avtomobillər demək olar ki, başdan ayağa küçə boyunca sağ zolağı tutub. Yusif Vəzir Çəmənzəmli küçəsi ilə gəlib sağa Xan Şuşinski küçəsinə dönmək istəyən sürücülər məcbur olaraq orta zolaqdan dönürlür. Çünki burda avtomobillər yolu zəbt etdiyindən zolağın eni 1 metrdən azdı. Belə olan halda isə qaydalar çərçivəsində hər hansı sürücünün sağa dönməsi qeyri mümkündü.

Sürücülər də mövcud vəziyyətdə qayda pozmağa məcbur olduqlarını deyirlər.

Maraqlıdır ki, yolun zəbt edilən hissəsində işləməyən parklanma aparatı da var. Ərazidə avtomobil saxlayan sürücülər bunun üçün ödəniş də edirlər. Parklanmaya nəzarət edən şəxs isə deyir ki, yolun bu hissəsi məhz parkinq üçün nəzərdə tutulub.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, hazırda bir sıra yol kəsişmələrində nəqliyyat şəraitinin yaxşılaşdırılması üçün işlər gedir. Sözügedən əraziyə də baxış keçiriləcək və hərəkətə mane olan hallar aradan qaldırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 232 20.11.18 13:26