Şəmkirdə dələduzluq edən şəxs saxlanılıb » Median.Az News Agency

Şəmkirdə dələduzluq edən şəxs saxlanılıb
Median.Az xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini M.Abbasovun bank hesabından 200 manat pulunu çıxarıb, oğurlayan, həmçinin rayon sakinləri olan 2 qadını aldadaraq dələduzluq yolu ilə pullarını alan Gəncə şəhər sakini Əli Əzizov saxlanılıb.

Araşdırma zamanı Əzizovun törətdiyi digər analoji əməllərinin üstü açılıb. Onun bu il oktyabrın 21-dən noyabrın 5-dək olan müddətdə, şəhər sakinləri olan daha 2 qadını aldadaraq bank hesablarındakı 340 manat pulunu kart vasitəsilə çıxardığı məlum olub.

RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




1 333 17.11.18 17:25