Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |     13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |    

Nazir: Pensiya yaşını azaltmağa ehtiyac yoxdur

İndi bütün ölkələrdə pensiya yaşı artırılır. Yəni, pensiya yaşını azaldan yoxdur. Artıq Avropa ölkələrində pensiya yaşı 67-69-a qaldırılıb.

Median.Az
Modern.az-a istinadən xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, normalda pensiya müddəti 12 il olmalıdır:

“Bu gün Azərbaycanda qadınların həyat dövrü 78 yaşdır. 78 yaş olduğuna görə, 65 yaşda pensiyaya çıxdıqda 13 il pensiya ala bilirlər. Ona görə də bu normaldır. Bunu azaltmağa və ya artırmağa ehtiyac yoxdur.

Pensiya məbləğinin artımı isə onunla bağlıdır ki, bu gün işləyənlər daha çox pul versinlər ki, onların pensiyası arta bilsin. Bu gün yığdığımız pul nəyə kifayət edirsə, hamısı pensiyaya yönləndirilir. Əgər işləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”.

Xatırladaq ki, ötən gün Milli Məclisdəki büdcə müzakirələri zamanı pensiya yaşı ciddi müzakirə mövzusu olmuşdu. Deputat Vahid Əhmədov hökumətə çağırış edərək, pensiya yaşını 65-dən aşağı salmağa çağırmışdı.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 437 15.11.18 12:23