Leyla Əliyeva hindistanlı mistikin kitab təqdimatında - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |     12:14 Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - YENİLİK  |     12:04 Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb  |     12:02 Bakıda minik avtomobili avtobusla toqquşdu: Xəsarət alan var  |     12:00 Azərbaycanda general vəfat etdi  |     11:59 Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb  |     11:58 Paytaxt sakini Ağsuda narkotiklə saxlanılıb - FOTO  |     11:56 Xaricdə olan ukraynalı kişilər barədə Kiyev daha bir qadağasını açıqladı  |     11:54 Suraxanı və Binə qəsəbəsi illər əvvəl - “Qızıl Fond”dan NADİR GÖRÜNTÜLƏR (VİDEO)  |     11:53 Cəlilabadda 30 yaşlı kişi taksi sürücüsünü bıçaqladı - TƏFƏRRÜAT  |     11:51 Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR  |    

Leyla Əliyeva hindistanlı mistikin kitab təqdimatında - FOTO

Noyabrın 9-da Bakı Kitab Mərkəzində məşhur hindistanlı yoqin və mistik Sadhquru (Caqqi Vasudev) ilə görüş və onun “Mənəvi quruculuq” kitabının təqdimatı keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Median.Az
xəbər verir ki, təqdimat mərasimi Sadhqurunun insanın mənəvi quruculuğuna dair məzmunlu fikirləri ilə yadda qalıb.

Hindistanlı yoqin və mistikin fikrincə, dünyada sülh, sevinc içində yaşamaq üçün insanlar çox ciddi çağırışlar edir və sadə olanı tez-tez mürəkkəbləşdirirlər:

“Uşaqların bilikləri daha az olsa da, onlar həyatdan zövq ala bilirlər. Bu isə o deməkdir ki, böyüklər öz bilikləri və dünyagörüşləri ilə sevinc üçün daha çox səbəb tapa bilər və həyatdan daha asanlıqla, uşaqlardan ikiqat, üçqat çox zövq ala bilərlər”.

Onun sözlərinə görə, insanların keçirdikləri iztirabın iki səbəbi var: yaddaş və sərhədsiz təxəyyül. Yoqin və mistik hesab edir ki, insan dünyanı özünə deyil, özünü dünyaya uyğunlaşdırmalı və harmoniyada yaşamağı bacarmalıdır.

Sadhquru daha sonra auditoriyanın suallarını cavablandırıb.

Qeyd edək ki, Azərbaycana ilk dəfə gələn Sadhquru noyabrın 10-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək. Mərkəzdə təşkil olunacaq mühazirə də “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” mövzusuna həsr olunub.

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” (“Padma Vibhushan”) dövlət mükafatı ilə təltif olunub.

Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.











скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 123 10.11.18 13:43