Maşın yuyulması üstündə gözətçini öldürən şəxsin məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Maşın yuyulması üstündə gözətçini öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini Amin Kazımovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu il martın 4-də Nizami rayonun Qara Qarayev prospektində, kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə Amin Kazımov 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib və sonra anadan olduğu Ağcəbədi rayonuna qaçıb. 2 gündən sonra Nizami RPİ
25-ci polis bölməsinin əməkdaşları onu həmin rayonda tutublar. Fakta görə Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Amin Kazımov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov, Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub. Buna görə tərəflər arasında mübahisə düşüb. Kazımov Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda kəskin qan itirmədən keçinib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış sentyabrın 26-na təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 864 18.09.18 15:54