Çirkli çimərliklər hansılardır? - Siyahı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Çirkli çimərliklər hansılardır? - Siyahı

Xəzər dənizinə müxtəlif axarlar vasitəsilə 1.850 000 kub metr tullantı suyu daxil olur.

AZXEBER.COM-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Rasim Səttarzadə deyib.

Onun sözlərinə görə, Xəzər dəniziin sahillərində yerləşən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərləri və digər yaşayış məntəqələrindən dənizə axıdılan tullantı suları onun əsas çirkləndiricilərindən hesab olunur.

R.Səttarzadə bildirib ki, Azərbaycanda kompleks tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bir sıra ekoloji problemlər hələ də həllini tapmayıb: "Nazirlik tərəfindən Xəzərin Azərbaycana mənsub ərazilərində və sahil zolağında fəaliyyət göstərən müəssisə və təşkilatlarda, üzən vasitələrdə, obyektlərdə, sahilboyu ərazilərdən dənizə olan axarlarda həyata keçirilmiş ekoloji monitorinqlər zamanı Xəzər dənizinə tökülən 224 axar qeydə alınıb. Bu axarlar vasitəsilə dənizə gündə 1.850 000 kub metr tullantı suyu daxil olur. Sahil zolağında yerləşən rayonların əksəriyyətində təmizləyici qurğular olmadığından müxtəlif tərkibli tullantı suları Xəzərə axıdılır. Nəticədə Xəzər dənizinin ekoloji vəziyyəti pisləşir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 189 27.07.18 17:12