Bakıda kassirləri aldadan dələduz qadın peyda olub - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |     21:01 Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO  |    

Bakıda kassirləri aldadan dələduz qadın peyda olub - VİDEO

Bakıda bir neçə mağazada kassada çalışanları aldadaraq dələduzluq edən şəxs ortaya çıxıb.

Median.Az
“xezerxeber.az”a istinadən xəbər verir ki, üzünü gizlədən həmin şəxs kassaya yaxınlaşaraq aldığı məhsulun pulunu ödədiyini bildirir və hətta pulun xırdasını da tələb edir.

Sonradan mağazaların təhlükəsizlik kamerasına baxdıqda isə bu şəxsin ümumiyyətlə aldığı məhsulun pulunu ödəmədiyi məlum olur.

Üzünü gizlədən bu qadın əvvəlcə aldığı məhsulun pulunu ödəmək üçün kassaya yaxınlaşır. Sonra isə, kassada çalışanlara ödəniş etdiyini bildirərək, pulun qalığını tələb edir.

Əslində isə o, aldığı mala görə heç bir ödəniş etmir və beləliklə də kassirləri aldadır. Dələduzluq hadisəsi anban mağazalarda quraşdırlılan təhlükəsizlik kamerasına düşüb.

Hadisə Paytaxtın Suraxanı rayonunda bazar adlanan ərazidə yerləşən bir neçə mağazada baş verib.Maraqlısı budur ki,bu şəxs işinin peşəkarı olduğundan kassada çalışanları aldadaraq həm aldığı malın pulunu vermir, həm də onlardan güya ödədiyi pulun qalığını alaraq aradan çıxır.

Verilən məlumata görə, həmin şəxsin saxlanılması üçün artıq polisə də məlumat verilib. Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 172 23.06.18 14:29