Ölkədə əlilliyin statistikası açıqlanıb.
Milli Məclisdə (MM) keçirilən ictimai müzakirələrdə parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, ölkədə 620 min əlil var.
Komitə sədri qeyd edib ki, bunun 270 mini uşaqlardır.
Deputat uşaqlar arasında əlilliyin yaranmasında ailə institutunda olan problemləri səbəb göstərib.